Torminalis clusii

Ağrıovunduran quşarmudu (lat. Sorbus torminalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Ağrıovunduran quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Skandinaviyada, Avropanın Atlantik okeanın bitişən hissəsində, Orta Avropada, Kiçik Asiyada təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

8-10 (15) m hündürlüyündə, 15-30 bəzi hallarda 60 sm- diametrində olan ağacdır. Yaşlı budaqların qabığı tünd boz, cavanlarınkı sarı-yaşıl rəngdə olur. Tumurcuqları və zolağları, yarpaqları çılpaq, uzunsaplaqlıdır, konturu dəyirmi, yumurtavarı və ya enli ovaldır. Yuxarı hissəsi sivridir, qaidəsinə yaxın hissəsi enli pazşəkillidir, dəyirmi və ya azca ürəkvarıdır, 3-5 cüt sivri dilimi vardır, kənarı xırda mişardişlidir. Üstdən tünd, altdan açıq, yan damarları 3-7 cütdür. Çiçək qrupu çoxçiçəkli, budaqcıqları tüklüdür. Kasacığı az və ya çox keçətüklü, ucbucaq dişlidir. Ləçəkləri ağ, tərs yumurtavarı, 5-7 mm uzunluğundadır. May-iyun aylarında çiçək açır, avqust-sentyabrda meyvə verir. Meyvələri yumurtavarı və ya kürəvi formada, qonurumtul rəngdə olub, üzərində açıq nöqtələr vardır. 10-12 mm uzunluqda, 1-3-ə qədər toxumu olur.

Münbit torpaqlarda və aşağı qurşaqdan yuxarı dağ qurşağına qədər ərazilərdə bitir. Meşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs meşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, eləcə də meşə kənarlarında tək-tək və qrup halında təsadüf edilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Talışda təbii halda rast gəlinir.

Şirniyyatların hazırlanmasında istifadə olunur. Bu ağacdan barıt hazırlamaq üçün istifadə edilir və kömür alınır. Tornacı məmulatı və başqa işlər üçün çox qiymətli oduncaq olub, mebel istehsalında da böyük əhəmiyyəti vardır. Dekorativ və ballı bitkidir.