Tragacantha paradoxa

Astragalus paradoxus (lat. Astragalus paradoxus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" — CR A2c+3c; B1ac(i) +2ab(i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Astragalus paradoxus
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus paradoxus Bunge

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4-7 (15) sm olan çoxillik ot bitkisidirdir. Kökətrafı yarpaqlar 3-9 sm uzunluqda, tərs yumurtavari, bəzən dəyirmi; çiçəkləri tək, gövdənin əsasında 2-3 ədəd, kasacıq boruvari çılpaqdır, tac 4-5 sm uzunluqda, ağımtıl, çəhrayı və ya bənövşəyi rəngli, qayıqcıqlıdır. Paxla meyvəsi oturaq, 7-10 mm uzunluğunda, şarşəkilli-yumurtavari, itiucludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may, meyvəvermə iyun ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağında, quru, daşlı-çınqıllı və qumlu yamaclarda təsadüf olunur.

Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu — Əlincəçay vadisi, Babək rayonu — Nehrəm kəndi ətrafı; Ordubad rayonu — Çənnəb kəndi ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Məhdud ərazilərdə yayıldığından itmə təhlükəsi altındadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının azlığı, ekoloji və antropogen təsirlər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Arpaçay Dövlət Təbiət YasaqlığıOrdubad Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tragacantha paradoxa (Bunge) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus brevipedunculatus Ranjbar