Trakay Tarixi Milli Parkı ― Litvada milli park. Park 1992-ci ildə Vilnüsdən 25 km qərbdə yerləşən Trakay şəhərini və onun ətrafındakı meşələri, gölləri və kəndləri əhatə etmək üçün yaradılmışdır. Park IUCN təsnifatında II kateqoriyaya malikdir.[1] Park Avropadakı yeganə tarixi milli parkdır.[2]
Trakay Tarixi Milli Parkı | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 1992 |
Yerləşməsi | |
54°36′ şm. e. 24°54′ ş. u. | |
Ölkə | |
tinp.lt/index.html/ | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Park UNESCO-nun müvəqqəti siyahısına daxil edilmişdir.[3]
Buzlağın əmələ gətirdiyi təpə və silsilələrin paralel zəncirləri ensiz və dərin və ya enli və dayaz gölə bənzər silsilələrlə növbələşir. Parkda 32 göl var. Göllər bir-biri ilə kanallar vasitəsilə əlaqələndirilmiş və vahid sistem yaratmışdır. Göllərin ən böyüyü 21 adanın yerləşdiyi Qalve, ən təmizi isə Akmena gölüdür.
Kudrionys meşəsi və bir çox məməli və quş növünün sığındığı Ploments və Varnikay bataqlıqları maraq doğurur. Ploments bataqlığında qazkimilərin böyük koloniyası və qorunan bitkilərin bir çox növü mövcuiddur. Ploments gölü göl qağayılarının geniş koloniyalarına ev sahibliyi edir.
Park görməli yerlərinin sayı ilə məşhurdur. Qalve gölünün şimal sahilində böyük mənzərələr açan təpə var.