Transdunay

Transdanubiya (mac. Dunántúl, alm. Transdanubien‎, pol. Transdanubia, xorv. Prekodunavlje[1]) və ya Zadunavlje (slovak. Zadunajsko) — Macarıstanda yerləşən tarixi region. Transdunaya bəzən Vyananın 21 və 22-ci bölgələri kimi də istinad edirlər.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Ərazi dəyişiklikləri

[redaktə | mənbəni redaktə et]
Macarıstanın regionları. Transdunay, Burqenland, Prekmurye və Medjimurska regionları sırasıyla qırmızı, narıncı və bənövşəyi rəngdə göstərilmişdir.

Bölgənin şimal, şərq və cənub sərhədlərinin Dunay və Drava çayları ilə əhatə olunsa da, qərb sərhədi Macarıstanın siyasi sərhədləri ilə eynidir, buna görə də 20-ci əsrdə ölkədə baş verən ərazi dəyişiklikləri qərb sərhədinə də təsir göstərmişdi. 1920-ci ildə Trianon sülh müqaviləsindən əvvəl Burqenland, Prekmurye və Medjimurska bölgələri Transdunayın tərkibinə daxil idi. 1947-ci ildə Paris Sülh müqaviləsindən əvvəl Rusovçe, Yarovçe və Çunovo kəndləri də Transdunayın tərkib hissəsində idi. Transdunay Macarıstanın coğrafi konsepsiyasıdır və bu ərazilər qonşu ölkələrin ərazilərinə birləşdirildikdən sonra Transdunaydan ayrılmışdır.

Avropa regionları

[redaktə | mənbəni redaktə et]

Transdunay Avropa İttifaqına daxil olan NUTS ərazi vahididir və Mərkəzi Transdunay, Qərbi Transdunay və Cənubi Transdunaydan təşkil edilmişdir. Peşt əyaləti və Budapeşt Mərkəzi Macarıstan regionuna daxildir. Sahəsi 37,000 km² və əhalisi isə 3.1 milyon nəfərdir.

Regionun sahəsi 38,000 km²dir və demək olar ki, Macarıstanın bütün ərazisinin yarısını təşkil edir.

Tarixən Moşon, Dyör, Şopron, Vaş,Vesprem, Feyer, Komarom, Esterqom, Somoqi, Tolna və Baranya Transdunayın əyalətləri olmuşlar. Onlar 18-ci əsrin əvvəllərindən Transdunayın regionları (Districtus Trans-Danubianus) adlanırdılar. I Stefan tərəfindən müəyylənləşən bu əyalətlərin sərhədləri 900 il dəyişilməz qaldı.

  1. Filozofski fakultet u Zagrebu Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine Mira Kolar-Dimitrijević - Hrvoje Petrić: Triplex Confinium Sub-Project: What is Podravina multiple-bordered region?

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]