Macarıstan coğrafiyası

Macarıstannın Fiziki-coğrafi tarixi regionları :
1., Böyük Macar düzənliyi
2., Şimali Macar dağları
3., Transdanubian dağları
4., Transdanubian təpələri
5., Kiçik Macar düzənliyi
6., Qərbi-Macar sərhəd zolağı
Macarıstanın topoqrafik xəritəsi

93,033 kvadrat kilometr əraziyə malik Macarıstan Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlətdir. Ölkənin ərazisi şimaldan cənuba təxminən 250 km, şərqdən qərbə 524 km məsafədə uzanır. Qərbdə Avstriya, cənub və cənub-qərbdə Serbiya, Xorvatiya, Sloveniya, cənub-şərqdə Rumıniya, şimal-şərqdə Ukrayna, şimalda Slovakiya olmaqla ümumilikdə sərhəd xətlərinin uzunluğu 2,258 km təşkil edir.

Macarıstanın müasir sərhədləri Trianon sazişinin şərtlərinə görə birinci dünya müharibəsindən sonra yaranıb. Ölkə 1938-ci ildən 1941-ci ilə kimi bəzi sərhəd dəyişiklikləri zamanı öz sərhədlərinin təhlükəsizliyini təmin edib və möhkəmləndirib: 1938-ci ildə Birinci Vyana arbitrajı zamanı Çexoslovakiyadan əraziləri geri aldı, 1939-cu ildə isə Macarıstan Karpato-Ukraynanı işğal etdi. 1940-cı ildə İkinci Vyana arbitrajı zamanı Şimali Transilvaniyadan əraziləri geri aldı və nəhayət Macarıstan BaçkaMeđimurje qraflığını Yuqoslaviya əməliyyatı zamanı işğal etdi. Lakin Macarıstan ikinci dünya müharibəsində məğlub olmaqla yenidən bu əraziləri itirdi. İkinci dünya müharibəsindən sonra Çexoslovakiyanın xeyrinə kiçik dəyişikliklə Trianon sazişinin şərtləri bərpa olunub.

Ölkələrin çoxu ən azı 200 metr yüksəkliyə malikdir. Buna baxmayaraq, Macarıstanda hündürlüyü 300 metrə çatan orta yüksəklikli silsilələr var (ölkənin 2% -dən daha az ərazisini əhatə edir). Ölkənin ən yüksək nöqtəsi Budapeştin şimal-şərqində Matra dağlarındakı Kekeş (1014 m) zirvəsidir. Dəniz səviyyəsindən ən aşağı nöqtə 77.6 metrdir və Seged yaxınlığında Macarıstanın cənubunda yerləşir.

Ölkədə əsas çaylar DunayTisadır. Dunay çayı həmçinin Almaniya, Avstriya, Xorvatiya, Slovakiya, SerbiyaRumıniya ərazisindən keçir. Çayın Macarıstandan keçən hissəsinin 418 kilometri gəmiçiliyə yararlıdır. Tisa çayının isə 444 km gəmiçiliyə yararlıdır. Ölkənin az əhəmiyyətli çayları Xorvatiya ilə sərhər boyu axan Drava, Slovakiya ilə sərhəd boyu axan Raba, Someş, Şio, İpel çaylarıdır. Macarıstanda üç əsas göl var. 592 kvadrat kilometr sahə ilə ən böyük göl olan Balaton gölü 3 km-dən 14 km-ə qədər enliyə, 78 km uzunluğa malikdir. Macarlar yez-tez onu Macarıstan dənizi kimi adlandırırlar. Bu göl Mərkəzi Avropada ən böyük şirin sulu göl və mühüm istirahət zonasıdır. Onun dayaz suları yaxşı yay üzgüçülüyü üçün və qışda onun donmuş səthi qış idman növləri ilə məşğul olmaq üçün gözəl imkanlar yaradır. Daha kiçik su hövzəsinə malik Velence gölü, Ferto gölü (Noizidler-Ze gölü- Macarıstan tərkibində təxminən 82 kvadrat kilometr ) və süni yaradılmış Tisa gölü mövcuddur.

Macarıstan üç əsas coğrafi regiona malikdir (onlar öz növbəsində daha kiçik yeddi regiona bölünür): Dunay çayını şərq hissəsi boyu uzanan Böyük Macar düzənliyi; Dunay çayını qərbi boyu və Alp dağlarının Avstriya ətəklərinə qədər uzanan dağlı-yamaclı region—Transdanubia ; Böyük Macar düzənliyinin şimal sərhədləri xaricində ölkənin dağlıq və təpəlik hissəsi olan Şimali Macar dağları.

Ölkənin ən yaxşı təbii resursu münbit torpaqdır, lakin, torpaqların keyfiyyəti əhəmiyyətli dərəcədə dəyişir. Ölkənin ümumi ərazisinin təxminən 70%-i kənd təsərrüfatı üçün uyğundur; bu hissənin 72%-i əkin üçün yararlı torpaqların payına düşür. Macarıstanda sənayenin inkişafı üçün lazım olan enerji və xammalın geniş ölkədaxili mənbələri çatışmır.

Statistika və qeydlər

[redaktə | mənbəni redaktə et]
Macarıstan coğrafiyası
Coğrafi koordinatlar: 47°00′ şm. e. 20°00′ ş. u.HGYO
Xəritə məlumatları: Avropa
Ərazi:  
  ümumi: 93,030 km2
  quru sahəsi: 92,340 km2
  su sahəsi: 690 km2
Quru sərhədlərinin ümumi uzunluğu: 2,009 km
həmsərhəd ölkələr: Avstriya (366 km), Xorvatiya (329 km), Rumıniya (443 km), Serbiya (151 km), Slovakiya (679 km), Sloveniya (102 km), Ukrayna (103 km)
Sahil xətti: 0 km (dənizə çıxışı olamayan dövlət)
Dənizçilik imkanları: yoxdur (dənizə çıxışı olamayan dövlət)
İqlim: temperatur; soyuq, buludlu, qışı rütubətli, yayı mülayim
Ərazi: əsasən yayma düzənliklər; Slovakiya sərhədində təpələr və alçaq dağlar
Ekstremal relyef:  
  ən aşağı nöqtə: Tisa çayı 78 m
  ən yüksək nöqtə: Kekeş 1,014 m
Təbii ehtiyatlar: boksit, kömür, təbii qaz, münbit torpaqlar, əkin üçün yararlı ərazilər
Ərazinin istifadəsi:  
  əkin üçün yararlı ərazilər: 51%
  daimi səpin əraziləri: 3.6%
  daimi otlaqlar: 12.4%
  meşə və meşəliklər: 19%
  digər: 14% (1999)
Suvarılan ərazilər: 2,060 km2 (1993-cü il hesabatı.)
Ətraf mühit - cari məsələlər: Aİ-na daxil olmaq üçün ekoloji tələblərlə, enerji səmərəliliyi, hava, torpaq, su çirklənməsi və tullantıların idarə edilməsi Macarıstan standartlarının yaxınlaşdırılmasına böyük vəsait tələb olunacaq
Ətraf mühit - beynəlxalq sazişlər::  
  İştirak edir: Atmosferin çirklənməsi, Atmosferin çirklənməsi-Azot oksid, Atmosferin çirklənməsi-Kükürd 85, Atmosferin çirklənməsi-uçucu üzvi birləşmələr, Antarktika haqqında konvensiya, Biomüxtəliflik, İqlim dəyişiklikləri, Səhralaşma, Nəsli kəsilməkdə olan növlər, Ekoloji dəyişikliklər, Təhlükəli tullantılar, Dəniz Hüququ üzrə BMT Konvensiyası, Dənizlərin çirklənməsi, Nüvə sınaqlarının qadağan edilməsi, Ozon təbəqəsinin mühafizəsi, Gəmiçiliyin ətraf mühitə təsiri, Ramsar konvensiyası
  imzalanan, amma təsdiqlənməmiş: Atmosferin çirklənməsi-davamlı üzvi çirkləndiricilər, Atmosferin çirklənməsi-Kükürd 94, Antarktika-Ekoloji Protokol

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]