Traqus şorangəsi (lat. Salsola tragus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.
Traqus şorangəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Traqus şorangəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyul-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən ərazilərdə, dəniz sahili psammofit-halofit senozlarının tərkibində tək-tək rast gəlinir.
Kür-Araz ovalığı (cənub hissədə) və Lənkəran ovalığı (Xəzər ətrafında), Abşeron (Zabrat ətrafında), Qobustan (dəmir yolunun yaxınlığında).
Populyasiyası azalır, mənfi təbii və antropogen amillərə həssaslığı gələcəkdə bu təhlükələrin təsirin artması ehtimal etməyə əsas verir.
Xəzər dənizinin səviyyəsinin dəyişilməsi, infrastrukturun inkişafı səbəb olur.
Mühafizə üçün xüsusi tədbirlər aparılmır . Biotoplarda antropogen və texnogen təsirləri azaltmaq məqsəd ilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni arealını aşkar etməkdir.