Trend İA

Trend İnformasiya Agentliyi1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş müstəqil informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir.

Trend İnformasiya Agentliyi
Loqonun şəkli
Ölkə Azərbaycan
Baş direktoru İlqar Hüseynov
Baş redaktoru Emin Əliyev
Təsis edilib 1995
Redaksiyanin ünvani Bakı şəhəri, B. Vahabzadə küçəsi, 14 AZ 1141
Baş qərargahi
Veb-sayti trend.az

Trend İA-nın tərkibində Azərbaycan [1], rus [2], ingilis [3], fars[4] və türk[5] dillərində xidmətlər faəliyyət göstərir. Beləliklə də, xəbərlər xidməti praktiki olaraq bütün dünya auditoriyasını əhatə edir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır.

Agentlik ölkədən və regiondan cari hadisələrə böyük diqqət ayırmaqla hər ay milyonlarla oxucunun təşkil etdiyi konkret auditoriyaya uyğun olan dillərdə xəbərlər təqdim edir.

Regionun əsas siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda açıq şəkildə yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur.

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb.

Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib.

Trend İA Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.

Trend İA Azərbaycanın bank və kredit sektorunun fəal işıqlandırılmasına görə "Zərdabi" mətbuat mərkəzinin diplomu ilə təltif edilib.

Trend İnformasiya Agentliyi 2016, 2017, 2018-ci illərdə "Rusiya-Azərbaycan əməkdaşlığının dəstəklənməsi və inkişafına yaradıcı töhfəsinə görə" Rusiyanın Bakıdakı İnformasiya-Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif olunub.[6][7]

Trend İnformasiya Agentliyi 2014-cü ilə nüfuzlu "Uğur" milli mükafatı ilə təltif olunub. Bu mükafat hər il iqtisadiyyat və biznesin inkişafında və möhkəmlənməsində vacib rol oynamış şirkətlərə müxtəlif nominasiyalarda təqdim olunur. Trend İnformasiya Agentliyi “İnformasiya-analitika sahəsinə beynəlxalq miqyasda töhfəsinə görə” nominasiyasında "Uğur" mükafatına layiq görülüb.[8][9]

Trend İnformasiya Agentliyi 2012-ci TÜRKSOY Beynəlxalq türk mədəniyyəti təşkilatının türk mədəniyyəti dünyasında təbliğatına töhfəsinə görə təşkilatın xüsusi nətbuat mükafatına layiq görülüb.[10]

Avrasiya Televiziya və Radio Akademiyas "RİA Novosti" agentliyi ilə birgə "Trend"i 2008-ci ildə Avrasiyanın ən dinamik inkişaf edən resursu kimi tanıyıb.

Trend İnformasiya Agentliyi 2009-cu ildə "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan" mükafatı ilə təltif olunub.[11]

Trend İnformasiya Agentliyi "Avrasiya regionunda vahid informasiya məkanının formalaşmasına və Azərbaycan-Rusiya əlaqələrinin inkişafına mühüm töhfəyə görə" "Tərəqqi" mükafatı ilə təltif olunub.[12]

Trend İnformasiya Agentliyi bütün dünyadan 18 min çap orqanının və 15 minə yaxın internet saytının, çap KİV-lərinin nümayəndələrinin və digər oyunçuların daxil olduğu iri və nüfuzlu Ümumdünya Xəbər və Qəzet Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvü olub.[13]

"Trend" Asiya və Sakit okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatına (OANA) qəbul edilib.[14]

Agentliyin mükafatları sırasında 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" mükafatı var.

Baş direktorları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  2. "Arxivlənmiş surət". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  3. "Arxivlənmiş surət". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  4. "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  5. "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  6. "Глава Русской службы АМИ Trend награждена за укрепление азербайджано-грузинских отношений". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  7. "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  8. "Arxivlənmiş surət". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  9. "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  10. "Arxivlənmiş surət". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  11. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  12. [ https://www.trend.az/azerbaijan/society/1498860.html Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine https://www.trend.az/azerbaijan/society/1498860.html Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine]
  13. "http://www.wan-ifra.org/list-of-members". 2018-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  14. "Arxivlənmiş surət". 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]