Bəxtiyar Vahabzadə küçəsi (Bakı)

Bəxtiyar Vahabzadə küçəsiBakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə. Küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Küçənin adı 2011-ci ilə qədər Firudin Ağayev olmuşdur. Küçənin uzunluğu 817 mt, eni isə İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə qədər 10 mt, Hüseyn Cavid prospektindən Mətbuat prospektinə qədər isə 13,4 mt-dir.[1]

Bəxtiyar Vahabzadə küçəsi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Rayon Yasamal
Uzunluğu 817 mt[1]
metro Elmlər Akademiyası

"Azəryolservis" ASC tərəfindən küçənin əsaslı təmiri 2015-ci ilin may ayında qutarmışıdır. Küçədə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.[1]

Yeraltı keçidlər

[redaktə | mənbəni redaktə et]

Küçədə Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı inşa edilmişdir. 4 istiqamətə yönələn çıxış həm də ərazidə keçid rolunu oynayır və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunmuşdur. Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxışı vardır. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdırmağa xidmət edir. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşir. Stansiyaya giriş-çıxış, habelə keçid kimi istismar olunmasının funksionallığı baxımından çox vacib olmuşdur. Çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinəAzərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşür.[2]

Kəsişdiyi küçələr

[redaktə | mənbəni redaktə et]

Küçə İnşaatçılar prospekti ilə kəsişmədən başlayaraq Mətbuat prospektində bitir.

Mühüm ünvanlar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Bəxtiyar Vahabzadə küçəsindəki təmir işləri yekunlaşır" (az.). news.lent.az. 15.05.2015. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  2. Təbriz Vəfalı. "BDU-nun qarşısındakı yolun təmirinə başlanıldı" (az.). hafta.az. 22.04.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]