Tretman – ssenarini başdan-sona mühüm detallara ümumiləşdirib oxuyucuya çatdıran yazı.[1] Tretman sinopsisdən daha uzun, ssenaridən daha qısa olmaqla sinopsisdən sonrakı, ssenaridən əvvəlki mərhələ hesab olunur.[2][3] O, 40-50 səhifə, bəzən az və ya çox ola bilər[4]. Tretmanda ssenaridən fərqli olaraq sinopsis kimi dialoqlara yer verilmir.[5] Tretman film sənayesində çox önəmli hesab olunur və ideanın satılması yollarından biridir.
Tretman fransızcakı traitement sözündəndir. Hərfi mənası proses, müalicə deməkdir.[6]