Trichocephalus vulpis

Trichocephalus vulpis (lat. Trichocephalus vulpis)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ.

Trichocephalus vulpis
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Ayrı cinslidirlər. Dişi və erkək fərdləri var. Baş tərəfi nazik, quyruq hissəsi genişlənmişdir. Ağız dəliyi başın uc tərəfində olmaqla vahid hüceyrələr zəncirindən ibarət qida borusuna açılır. Boyun əmzikləri yoxdur. Erkəklərinin uzunluğu 45 – 60,5 mm, maksimal eni 0,525 – 0,647 mm – dir. Qida borusu bədənin geri hissəsində azca genişlənir və onun uzunluğu 30,62 – 37,62 mm, maksimal eni 0,108 – 0,192 mm olur. Quyruq küt uclu konus şəklindədir. Spikulanın uzunluğu 8,312 – 11,105 mm, yuxarı hissəsində maksimal eni 0,046 – 0,55 mm – dir. Spikula yatağının forması onun nə dərəcədə kloakadan xaricə qabarmasından asılıdır. Səthi xırda birvari çıxıntılarla örtülmüşdür. Dişilərin bədənlərinin uzunluğu 62 – 75 mm, maksimal eni 0,55 – 0,65 mm – dir. Qida borusunun uzunluğu 42,464 – 56,340 mm, maksimal eni 0,14 – 0,17 mm olur. Quyruğun ucu kütdür. Vulva dəliyi qida borusunun qurtaracağından bir az geridə açılır. Yumurta çəllək şəklində olmaqla, qütblərində mantara oxşar çıxıntıya malikdir. Yumurtanın uzunluğu 0,083 – 0,093 mm, eni 0,037 – 0,040 mm olur. Yumurtanın qütblərindəki çıxıntının uzunluğu 0,009 – 0,012 mm - ə bərabər olur.[1]

Geniş yayılan, çox saylı növdür. İtkimilərin yoğun və kor bağırsaqda parazit həyat tərzi keçirir. Bağırsaq şirəsi ilə qidalanır. Düşmənləri yoxdur. Müxtəlif cinsli olub, yumurta vasitəsilə çoxalır. Orta ömrün uzunluğu – məlum deyil, cinsi yetkinliyə çatma müddəti 36 – 41 günə yumurtanın daxilində yoluxma qabiliyyətinə malik sürfə əmələ gəlir. Geohelmint olub, inkişafı yumurta vasitəsilə gedir. Həyat tsikli yumurta – xarici mühitdə sahib tərəfindən udulmaqla başa çatır (birbaşa yoluxma). Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Sayı və limit faktorları- 2 – 200 fərd, çox aşağı və çox yüksək temperaturlarda yumurtalar məhv olur. 1 – cü dərəcəli konsumentdir. İnsan həyatına təsiri öyrənilməyib. Mühafizəyə ehtiyac yoxdur.[1]

Dünyada – 65 növ, Qafqazda – 15 növ, Azərbaycanda – 15 növ ilə təmsil olunmuşdur. Azərbaycanda sahiblərinin yayıldığı hər yerdə yayılmıdır.

  • M.Ş.Yolçuyev. “Azərb. CCR – nin Şəki – Zaqatala zonasında vəhşi və əhli itkimilərin nematodlar”; aspirantların elmi konf – nın materialları. Elm, 1981. s. 24 – 25 (rus dilində).
  • Садыхов И.А., Елчуев М.Ш. “Гельминты служебных собак Шеки – Закатальской зоны Аз – ской ССР ”. Изв. АН Аз. ССР, 1985, №3, s. 37 – 42.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 M.Ş.Yolçuyev. “Azərb. CCR – nin Şəki – Zaqatala zonasında vəhşi və əhli itkimilərin nematodlar”; aspirantların elmi konf – nın materialları. Elm, 1981. s. 24 – 25