Trichocephalus georgicus

Trichocephalus georgicus (lat. Trichocephalus georgicus)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ.

Trichocephalus georgicus
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Erkək fərdin uzunluğu 40,2 – 52,0 mm – dir. Başın eni 0,014 – 0,018 mm, quyruq hissənin eni 0,50 – 0,60 mm – dir. Başın axırından 0,50 – 0,76 mm məsafədə nazik kutikulyar lövhəciklər görsənir. Spikula şəffafdır, bir cinəli olmayan quruluşa malikdir, uzunluğu 2,12 – 2,86 mm, eni isə 0,036 mm – dir. Distalın sonu kütdür. Spikulanın girəcəyi kutikulyar çıxıntılarla əhatə olunmuşdur. Kloaka dəliyi subterminaldır. Dişilər 45,0 – 55,0 mm uzunluqdadır. Başın qurtaran hissəsinin eni 0,014 – 0,018 mm – dir. Bədənin nazik hissəsinin eni 0,32 – 0,40 mm, qalın hissəsinin eni isə 0,53 – 0,70 mm – dir. Kutikulyar lövhəciklər başdan 0,80 – 0,85 mm məsafədən başlanaraq, 1,8 – 2,1 mm - ə qədər uzanır. Yumurtalıq qida borusundan arxada açılır. Yumurta 0,075 – 0,085 x 0,036 – 0,040 mm ölçüdədir.[1]

Az yayılan, az saylı növdür.Tülkünün, çaqqalın mədə-bağırsağında parazit həyat tərzi keçirirlər.Bağırsaq şirəsi ilə qidalanır. Düşmənləri yoxdur. Müxtəlif cinsli olub, yumurta vasitəsilə çoxalır. Orta ömrün uzunluğu – məlum deyil, cinsi yetkinliyə çatma müddəti 70 – 107 gün arasında dəyişir.Geohelmint olub, inkişafı yumurta vasitəsilə gedir.Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Sayı və limit faktorları- 2 – 20 fərd, çox aşağı, çox yüksək temperaturlarda yumurtalar məhv olur. 1 – cü dərəcəli konsumentdir. İnsan həyatına təsiri öyrənilməyib. Mühafizəyə ehtiyac yoxdur.[1]

Dünyada – 65 növ, Qafqazda – 15 növ, Azərbaycanda – 15 növ ilə təmsil olunmuşdur. Azərbaycanda sahiblərinin yayıldığı hər yerdə yayılmıdır.

  • Садыхов И.А., Елчуев М.Ш. “Гельминты служебных собак Шеки – Закатальской зоны Аз – ской ССР ”. Изв. АН Аз. ССР, 1985, №3, s. 37 – 42.
  • Azərbaycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozlarının zonalar üzrə yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər. Redaktəsi ilə, Bakı, “Elm” nəşriyyatı, 1975, 85 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Садыхов И.А., Елчуев М.Ш. “Гельминты служебных собак Шеки – Закатальской зоны Аз – ской ССР ”. Изв. АН Аз. ССР, 1985, №3, s. 37 – 42.