Triqrad dərəsi

Triqrad dərəsi (bolq. Триградско ждрело) — Bolqarıstanda çay dərəsi. Eyni adlı Triqrad çayının yaratdığı bu dərə Rodop dağlarının cənubunda, Yunanıstanla sərhəddə yerləşir. Triqrad çayı Şadder çayının sol qoludur və Smolyanski vilayəti ərazisindən axır. Çay dərə boyu axaraq "Şeytan boğazı" (Дяволското гърло) mağarasına tökülür və 530 metrlik məsafədən yenidən yer səthinə çıxır.

Triqrad
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.100 m
Uzunluğu 7 km
Yerləşməsi
41°37′12″ şm. e. 24°22′48″ ş. u.HGYO
Ölkə  Bolqarıstan
Triqrad xəritədə
Triqrad
Triqrad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dərənin qərb divarının hündürlüyü 300 metr, şərq hissəsinin hündürlüyü isə 300-350 metrə çatır. Dərənin yuxarı axarlarında iki divar arasında olan məsafə təqribən 300 metrdir. Lakin dərənin şimal hissəsi tədricən daralar və 100 metr olur. Dərənin maksimal hündürlüyü 1450 metrdir və Triqrad kəndinin 1.2 km-də yerləşir. Ümumi uzunluğu 7 km olsa da əsas dağlıq hissəsinin uzunluğu 2–3 km-dir.

Nadir və endemik bitki və heyvan növləri, eləcə də təbii yaşayış yerlərini qorumaq məqsədi ilə 1963-cü ildə Triqrad dərəsində təbiəti mühafizə zonası yaradıldı.[1]

Triqrad dərəsi "Bolqarıstanın 100 turizm obyekti" layihəsinin bir hissəsidir (88-ci yer). Dərənin əsas görməli yerlərindən biri sol (qərb) yamacda yerləşən "Şeytanın boğazı" mağarasıdır. Şərq yamacında, daha bir məşhur mağara şərq yamacda yerləşir - Xaramık çuxuru. Dərənin başlandığı yerdən təxminən 500 metr aralıda Triqrad qayaları və Bolqarıstanın yeganə "Ayılar Muzeyi" yerləşir. Dərə boyu ensiz, bir zolaqlı yol keçir və Triqrad, Vodni Pad, Zrebevo və Kesten kənləri ilə əlaqə yaradan yeganə yoldur.

Antaraktidada, Cənubi Şetland adalarının Livinqston adasındakı Trigrad Gap boşluğu Triqrad dərəsinin adını daşıyır.

  • Мичев, Николай и др. Географски речник на България. София, Наука и изкуство, 1980. с. 500. (bol.)
  • Райчев, Димитър. Триградско ждрело и Дяволско гърло. София, Медицина и физкултура, 1979. (bol.)
  1. "Триградското ждрело" (bolqar). 23 апрель 2019. 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.