Tristeno dendroparkı

Tristeno dendroparkı (xorv. Arboretum Trsteno) — Xorvatiyanın və dünyanın ən qədim botanika bağlarından biri[2]. Keçmişdə Avropanın ən gözəl dendrarilərindən biri hesab olunurdu. Xorvatiyanın Adriatik sahillərindəki yeganə arboretum. Tristeno rayonu ərazisində yerləşir.

Tristeno dendroparkı
xorv. Arboretum Trsteno
Məlumatlar
Ölkə
Yerləşməsi Tristeno
Sahəsi
Yaradılıb 1948
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dendrari 15-ci əsrin sonlarında yerli zadəgan Qozze ailəsi tərəfindən inşa edildiyi məlumdur. Gəmi kapitanlarından səyahətlərindən toxum və bitki gətirmələrini xahiş edilərək dendrarinin fəaliyyəti təmin olunmuşdur. Dendrarinin açılışının dəqiq tarixi məlum deyil, ancaq 1492-ci ildə onu suvarmaq üçün 15 m aralıdan bir su kəməri çəkilməsi haqqında məlumat vardır. Bu su kəməri günümüzdə hələ də mövcuddur. 1948-ci ildə Xorvatiya Elmlər və İncəsənət Akademiyasına bağışlanılmışdır. Dendrari Dubrovnik Respublikası, DalmasiyaAralıq dənizinin köhnə parkları arasında xüsusi yer tutur. Buraya bağ memarlığının abidəsi olan XV əsrin yay iqamətgahını əhatə edən bir park və Drvaritsada 19-cu əsr parkı daxildir. 1962-ci ildə Tristeno dendroparkı landşaft memarlığının bir abidəsi kimi qorunan təbiət abidələri siyahısında qeydiyyata alınır. Mühafizə olunan ərazi təxminən 255.000 kvadrat metr sahəni əhatə edir.

Xorvatiya Qurtuluş müharibəsi zamanı Tristeno əhəmiyyətli zərər və soyğunçuluqlara uğramışdır. 2 – 3 oktyabr 1991-ci ildə Yuqoslaviya Xalq Ordusu kanoner qayıqları və təyyarələrdən istifadə edərək dendroparka atəş açmış, ərazinin böyük hissəsini məhv etmiş və qismən ziyan vurmuşdur. Dendropark 2000-ci ildə quraqlıq zamanı meşə yanğınına məruz qalmışdır. Nəticəsində təxminən 120.000 m² ərazi yanmışdır. Tristeno dendroparkının mərkəzi meydanında yerləşən iki şərq çinarı dendrarinin qürurudur. Ağaclar iki fəlakəti adlada bilmişlər. Onların 500-dən yuxarı yaşı vardır. Onlar öz növüvün Avropadakı unikal nümunələridir. Qədim ağacların hündürlüyü 45 ilə 60 m, gövdələrinin diametri 5 m-dir. Zadəgan bir ailənin şəhərətrafı evinin ətrafında 1502-ci ildə layihələndirilmiş intibah dövrürün nümunəsi sayılacaq park ən ekzotik bitkilərlə bəzədilmişdir.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Taxt-tac oyunları serialının üçüncü və dördüncü mövsümlərində Tristeno dendroparkı Qırmızı Qala Sarayının bağları üçün bəzək kimi istifadə edilmişdir.

  1. https://www.info.hazu.hr/en/jedinice/arboretum-trsteno/.
  2. Stewart, James. Croatia (ingilis). New Holland Publishers. 2006. səh. 297. ISBN 9781860113192.[ölü keçid]