Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[1][2][…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti.
Tsay İnven | |
---|---|
çin. 蔡英文 | |
| |
Qanunverici Yuan üzvü[d] | |
1 fevral 2005 – 25 yanvar 2006 | |
Çin Respublikasının Prezidenti[d] | |
20 may 2016 – 19 may 2024 | |
Sonrakı | Lai Çinq-Te |
Demokratik Tərəqqi Partiyasının sədri[d] | |
20 may 2008 – 17 mart 2011 | |
Demokratik Tərəqqi Partiyasının sədri[d] | |
27 aprel 2011 – 29 fevral 2012 | |
Demokratik Tərəqqi Partiyasının sədri[d] | |
28 may 2014 – 24 noyabr 2018 | |
Demokratik Tərəqqi Partiyasının sədri[d] | |
20 may 2020 – 26 noyabr 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1956[1][2][…] (68 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, universitet müəllimi[d], hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4], Rəqabət hüququ[4] |
|
|
english.president.gov.tw president.gov.tw/Default… | |
Vikianbarda əlaqəli mediafayllar |
1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub. 2004-cü ildə Demokratik Proqressiv Partiyaya (DDP) üzv olub.
2004-cü ilin dekabrından 2006-cı ilin yanvarına qədər — Qanunverici Yuan üzvü olub. 2006-cı ilin yanvar ayında Çin Respublikası Baş nazirinin müavini təyin edildi, 2007-ci ilin mayında bütün kabinet ilə birlikdə Baş nazir Su Çjuençan istefa verdi. 20 may 2008-ci ildə DPP sədri seçildi. 2012-ci il prezident seçkilərində DPP-yə namizəd oldu. 2012-ci ildə 45,6% səs alaraq prezident seçkilərində uduzdu və partiya lideri olaraq istefa verdi. 2014-cü ilin may ayında yenidən partiya sədri seçildi.