Tsikloheksilxlorid

Tsikloheksilxlorid(xlortsikloheksan)-C6H11Cl formulu olan alitsiklik xlorüzvi birləşmədir.

Sikloheksilxlorid
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Tsikloheksilxlorid
Kimyəvi formulu C6H11Cl
Molyar kütlə 118,604 q/mol
Fiziki xassələri
Sıxlıq 0,973 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −44 °S
Qaynama nöqtəsi 142,6 °S
Alışma temperaturu 32 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 542-18-7
PubChem
ChEBI 39156
ChemSpider

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Kəskin iyi olan rəngsiz tez alışan mayedir.

Optik xassələri

[redaktə | mənbəni redaktə et]

Şua sındırma əmsalı 1,4626 (20°C)

C6H12 + PCl5 → C6H11Cl


C6H12 + SO2Cl2 → C6H11Cl + SO2 + HCl

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Suda az həll olur, xloroformda asanlıqla həll olunur, aseton, benzol, etanol və dietil efirlə qarışır.

Tsikloheksilxloridin buxarı ilə nəfəs aldıqda heyvanlarda kəskin zəhərlənmə baş verir. Bu zaman həyəcanlı vəziyyət yaranır, selikli qişanın qıcıqlanması, titrəmə, nəfəs darlığı və ölüm baş verir. Ağ siçanlar üçün iki saat tənəffüs edildikdə, 100% öldürücü konsentrasiya ÖK 100 = 78 mq/l, ağ siçovullar üçün - 40-75 mq/l. Siçovullarda xroniki zəhərlənmə zamanı (gündə 0,5 mq / l gündə 5 saat inhalyasiya) - bir aydan sonra qan təzyiqinin azalması, 4-5 aydan sonra mərkəzi sinir sistemində funksional dəyişikliklər yaranır.

Tsikloheksilxlorid yağlarda, qətranlarda həlledici kimi, üzvi sintezdə tsiklohekseni almaq üçün, kaprolaktamın, pestisidlərin istehsalında istifadə olunur.

  • Məhərrəmov A.M., Məhərrəmov M.M. Üzvi kimya, BDU,Bakı,2007.
  • V.M. Abbasov, R.Ə. Cəfərova, L.M. Əfəndiyeva, N.Ş. Rzayeva, F.Ə. Əmirov, M.M. Abbasov, A.M. Tağıyeva, İ.H. Əyyubov. Tsikloalkanlar kimyası. Monoqrafiya. Bakı-2019, 385 səh.
  • Шаваров Ю.С. Органическая химия. Москва, Издательства химия, 2002