Tsukubay

Ryoan-ci məbədində yerləşən tsukubay, Kyoto

Tsukubay (yap. , 蹲い, 蹲踞) (tsukubay) - ayin təyinatına malik ənənəvi kiçik yapon hovuzu. Sözün özü "çömbəlib oturmaq" mənasını verən qədim "tsukubau " feilindən yaranmışdır.[1] Tsukubay yonulmamış bütöv daşdan hazırlanır və dini xarakter daşıyır. Tsukubay müəyyən formaya malik olmaqla xüsusi məna kəsb edir. Hovuzun daş qabları heroqliflər və dini simvollarla bəzədilir. Su tsukubaya bambuk borusu (kakey) vasitəsilə dolur. Bəzən kakey dövri olaraq taqqıltı səsi çıxarmaqla sadə bambuk mexanizmi ilə dolur.

Tsukubayların geniş yayılma dövrü XVI əsrə aid edilir. Belə ki həmin dövr çay evlərində keçirilən yapon çay mərasiminin populyarlaşdırıldığı dövr idi. Buna baxmayaraq, tsukubaylar çox qədim tarixə malikdir. Əvvəllər bu daşlar monaxlar və tərki-dünya həyat sürən şəxslər tərəfindən dağ çaylarının şəlalərinin axınlarının altında qoyulurdu. Uzun müddət ərzində bu daşların ortasında iri bir dəlik açılırdı. Burdakı sudan götürüb əlləri yumaq mümkün olurdu. Bu cür tsukubaylar bahalı hesab olunurdu. Ənənəvi kvadrat formasında olan tsukubaylar X əsrdə hazırlanmağa başlanmışdır. Hovuzun daş qabları heroqlif və müxtəlif simvollarla bəzədilir. Yaponiyada olan çarhovuzlarda çox vaxt "Vare Tada Shiru Taru" yazısına rast gəlmək olar. Bu zen-buddist kəlamı belə tərcümə olunur: "Əgər sən razı olmağı öyrənmisənsə, deməli, sən ruhla zənginsən". Bu kəlam başqa cür də tərcümə olunur: "Nəyə malikəmsə, ondan razı qalmağa çalışıram".[2]

Yapon çay mərasimində tsukubayın rolu

[redaktə | mənbəni redaktə et]

Bu quyu-qabda bambukdan hazırlanmış uzun qulpu olan tayqulp (tsukubay-bisyaku) olur. Hər bir qonaq mənbədən suyu götürərək növbəli şəkildə əllərini, sifətini yumalı, ağzını yaxalamalıdır. Bununla sanki o, əqli və cisminin təmizlənməsinə nail olmuş olur. Sonra yenidən tayqulpu su ilə dolduraraq tayqulpun qulpunu yuyur. Ağıza suyu birbaşa olaraq tayqulpdan almaq olmaz, suyu əvvəlcə ovuca tökmək və ordan da ağıza almaq lazımdır.

Tsukubay bağda yerləşdirilir. Tsukubay çay bağının (roci) ayrılmaz hissəsidir. Belə ki yapon çay mərasimində iştirak etməyə yollanan qonaqlar çay evinə girməmişdən əvvəl bağda olan tsukubayda yuyunurlar. Tsukubay 2 görünüşə malikdir: nakabaçimukaybaçi.

Çaşitsu kimi də tsukubay yapon çay mərasiminin mühüm mərhələsi sayılır. Hal-hazırda tsukubay ənənəvi yapon fənərləri olan torolarla birlikdə yapon bağlarının dekorativ elementi kimi çıxış edir. Tsukubay bağın əsas daşının yanında yerləşdirirlər. Qaydaya uyğun olaraq bu daş bağın mərkəzi hissəsində yerləşir və digər komponentlər üçün orientir rolunu oynayır. Bu, qonağın yuyunan zaman bağın əsas daşına baxaraq müsbət enerji yığması üçündür. Qonağın əsas daşı görməsi üçün tsukubaynı onunla paralel şəkildə qoyurlar. Tsukubay adətən bağın ən alçaq və düz yerində yerləşdirilir. Tsukubay qabı yonulmuş daşlardan hazırlanaraq yerə basdırılmış çəllək formasında olur. Bu daşlar mamır və ərplə örtülə bilər. Onların rəngi tünd-yaşıl, qırmızı rəngdən açıq qəhvəyi rəngə qədər ola bilər. Əsl daşlar suyun və küləyin təsirindən qəhvəyi, çəhrayı, yaşımtıl-sarı rəng ala bilər.

Daşlarından rəngindən daha çox onların ölçüsü və ümumi kəmiyyəti də mühüm əhəmiyyət daşıyır. Belə ki tsukubayda daşların sayı dəqiq olmamalı, onların xarici görünüşü isə bir-birindən fərqlənməli, bir-birinə simmetrik və hamısı düzgün qaydada olmamalıdır. Assimetriya və müxtəlif formalı daşlara üstünlük verilir. Yaponlar hesab edirlər ki, təbiətin özü tərəfindən yonulmuş daşlar insan həyatının harmoniyası və tam dəyərli olması ideyasını özündə təcəssüm etdirir. Eyni sosial vəziyyətdə, eyni ərazidə yaşayan hər bir şəxs istisna təşkil edir və şəxsiyyət hesab olunur. Bu səbəbdən onların dünyagörüşü, vərdişləri və dəyərləri identik ola bilməz. Hər bir insanda onun digərlərindən fərqləndirən nəsə dəyişilməz bir özəllik vardır. Yapon bağında tsukubayda yerləşdirilən hər bir daş seyriciyə insan həyatının və insan talelərinin fərqi fikrinə sövq etməli, eyni zamanda bağın gözəlliyindən zövq almaq imkanı verməlidir.

  1. http://nihonkoku.jp/tsukubay[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.