Tullantılar

Tullantılaristehsal, məişət, nəqliyyat və başqa sahələrdə əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız tullantı zibil sayılır.[1]

Tullantıların fiziki zərərsizləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantıla

ra fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi.

Tullantılar haqqında məlumat asan

Tulantılar haqqında geniş mılumat

Tullantıların neytrallaşdırılması

[redaktə | mənbəni redaktə et]

Tullantıların turşqələvi xassələrini neytrallaşdırma prosesi.

Tullantıların norması

[redaktə | mənbəni redaktə et]

Müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. Tullantıların norması elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin.

Tullantıların susuzlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi.

Tullantısız texnologiya

[redaktə | mənbəni redaktə et]

Təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya. Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tullantısız texnologiyanın inkişafının əsas istiqamətləri aşağıdakılardır: tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın təşkili, çirkab suların atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008