Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي) — Abbasi sərkərdəsi.
Tumamə ibn Vəlid | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vətəndaşlığı |
İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür.[1]
İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır.[2] O, Bizansın idarəsində olan Anadoluya 777-ci[3] və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.[4] O həmçinin, 779-cu ildəki yürüşün rəhbəri təyin edilmiş, ancaq, Əl-Təbəriyə görə, uğursuz bir sərkərdə olduğundan əl-Həsən ibn Qəhtəbə ilə əvəz edilmişdir.[5]
İbn əl-Vəlid haqqında başqa bir məlumat yoxdur, lakin onun oğlu Osman Kinnəsrinin yerli liderlərindən biri idi. O, Dördüncü fitnə zamanı yaranan nizamsızlıqdan istifadə edərək demək olar ki, müstəqil şəkildə hakimiyyət sürmüşdür.[2]