Donbass müharibəsi

Donbass müharibəsiUkraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibə. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin mart ayının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın DonetskLuqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya Federasiyası tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə Ukrayna hökuməti arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi.[21] Öz müstəqilliyini elan etmiş separatçı Donetsk Xalq Respublikasında 2014-cü ilin may ayından rəhbərliyin dəyişdiyi avqust ayına qədər olan müddət ərzində separatçı hökumətin bir çox liderləri Rusiya vətəndaşlarından ibarət idi.[22] 2014-cü ilin ortaları ərzində rusiyalı yarımhərbi qüvvələr separatçı döyüşçülərin 15 faizini, Ukrayna hökumətinin məlumatlarına görə isə 80 faizini təşkil edirdi. 2017-ci ilin sentyabr ayına olan məlumata əsasən Ukraynanın Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə mübarizə aparan 6,000 rusiyalı hərbçi və 40,000 nəfər separatçının olduğu hesablanmışdır.[23][24]

Donbass müharibəsi
2018-ci ilin avqust ayına olan hərbi vəziyyət: Çəhrayı rənglə təsvir olunmuş ərazilər rusyönümlü separatçıların, sarı rənglə təsvir olunmuş ərazilər isə Ukrayna hökumətinin nəzarəti altındadır
2018-ci ilin avqust ayına olan hərbi vəziyyət: Çəhrayı rənglə təsvir olunmuş ərazilər rusyönümlü separatçıların, sarı rənglə təsvir olunmuş ərazilər isə Ukrayna hökumətinin nəzarəti altındadır
Tarix 6 aprel 2014 – davam edir
Yeri Ukraynanın DonetskLuqansk vilayətləri
Nəticəsi

Davam edir

  • Rusyönümlü separatçılar Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə nəzarəti ələ keçirdi
  • Malayziya Hava Yolları reys 17 vuruldu, 298 nəfər həlak oldu
  • 5 sentyabr 2014-cü ildə atəşkəs barədə Minsk protokolu imzalandı[1]
  • Faktiki olaraq Rusiya tərəfindən idarə olunan Donbass Komissiyası yaradıldı[2]
  • 15 fevral 2015-ci ildə Minsk 2 atəşkəs razılaşması qüvvəyə mindi. Buna baxmayaraq, razılaşmadan qısa müddət sonra separatçılar Debaltsev şəhərini ələ keçirdi
  • 1 sentyabr 2015-ci ildə Minsk 2 atəşkəs razılaşmasının yenilənməsinə cəhd edildi[3]
  • 10-dan çox atəşkəs cəhdi uğursuzluqla nəticələndi[4]
Münaqişə tərəfləri

Ukrayna Ukrayna
Dəstək:
Estoniya Estoniya[5]
Litva Litva[6]
ABŞ ABŞ[7]

Donetsk Xalq Respublikası
Luqansk Xalq Respublikası


Rusiya Rusiya[8][9][10][11]

Komandan(lar)

Volodimir Zelenski
Ukrayna Petro Poroşenko

Aleksandr Zaxarçenko
Leonid Paseçnik


Rusiya Vladimir Putin

Tərəflərin qüvvəsi

64,000 nəfər[12]

40,000–45,000 nəfər[13] (3,000–4,000 nəfər rusiyalı könüllü)[14]
9,000–12,000 nəfər Rusiya hərbçisi (Ukrayna və ABŞ hesablamalarına əsasən)[15]

İtkilər

4077 ölü
123 itkin[16]
11,037+ yaralı[17][18][19]

3,506–4,412 ölü[20]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

22 və 25 avqust 2014-cü il tarixləri arasında Rusiyaya məxsus "humanitar konvoy" Ukrayna hökumətinin icazəsi olmadan ölkə ərazisinə daxil oldu. Həmin konvoylar həm rusyönümlü qüvvələrin nəzarəti altında olan ərazilərdən, həm də Donetsk vilayətinin cənub-şərqində yerləşən Novoazovsk şəhəri istiqamətindən ölkə ərazisinə daxil olurdu. Bu hadisələr Rusiya ilə sərhəd xəttindən Ukrayna hərbçilərinə məxsus müdafiə mövqelərinin atəşə tutulması ilə davam etdi.[25][26] Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko 22 avqustda baş vermiş hadisələri "Ukrayna ərazisinin Rusiya tərəfindən birbaşa işğalı" adlandırdı.[27] Ukrayna və Qərb dövlətlərinin rəsmiləri bu hadisələri Ukraynanın Rusiya tərəfindən "görünməz işğal"ı kimi təqdim etdi.

Rusiyalı dövlət rəsmilərinin Donbasdakı rus qoşunlarının mövcudluğu barədə fikirləri anlaşılmaz idi: hökumət rəsmiləri Ukraynada nizami silahlı qüvvələrin mövcud olmadığını bildirsə də, bəzi hallarda həmin ərazidə yaşayan "rusdilli əhalinin müdafiə olunması məqsədilə" döyüş zonasına rusiyalı "hərbi mütəxəssislərin" göndərildiyi açıqlanırdı. 2017-ci ilin sonlarına qədər olan vaxt ərzində ATƏT müşahidəçiləri onlara müşahidə etmək icazəsi verilən iki nəzarət-buraxılış məntəqəsi vasitəsilə Rusiya ərazisindən Donbassa hərbi formaya oxşar geyimdə 30 minə yaxın şəxsin keçdiyini hesablamışdır. 2018-ci ilin avqust ayında ilk dəfə olaraq ATƏT-ə məxsus dron vasitəsilə Rusiyadan münaqişənin davam etdiyi əraziyə iki hərbi konvoyun daxil olması qeydə alındı. Münaqişənin başlanğıcında Ukrayna tərəfi də bir neçə dəfə hərbi konvoyların Ukrayna ərazisinə keçməsini qeydə alsa da, Rusiya bu iddiaları təkzib edirdi.[28] 2018-ci ilin avqustunda münaqişə ərzində ilk dəfə olaraq separatçıların nəzarəti altında olan ərazidə Rusiyaya məxsus dörd ədəd radioelektron mübarizə sistemləri müşahidə olundu.[29]

Sonradan, Donetsk və Luqansk vilayətlərində yerləşən üsyançılar Ukrayna hökumətinin hücumları nəticəsində itirilmiş əraziləri yenidən nəzarət altına almağı bacardı. 5 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası arasında atəşkəs barədə Minsk protokolu adlı sənəd imzalandı. Lakin, bu atəşkəs müqaviləsi uzun müddət qüvvədə qalmadı. Belə ki, artıq 2015-ci ilin yanvarında Donetsk Beynəlxalq Hava Limanı və Debaltsev şəhəri də daxil olmaqla münaqişə zonası boyunca ağır döyüşlər başlandı. Atəşkəs müqaviləsinin imzalanmasından dərhal sonra separatçı qüvvələr Debaltsev şəhərinə hücuma keçdi və nəticədə, burada yerləşən Ukrayna qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Debaltsevin separatçılar tərəfindən ələ keçirilməsindən aylar sonra təmas xətti boyunca kiçik toqquşmalar davam etsə də, heç bir ərazi dəyişikliyi qeydə alınmadı. Münaqişənin bu cür davam etməsi onun getdikcə "donmuş münaqişə"yə çevrilməsi ilə nəticələndi. Hər ay tərəflər hərbi və mülki itkilər versə də, təmas xətti boyunca heç bir ciddi irəliləyiş qeydə alınmırdı.[30] 2017-ci ildə münaqişə zonasında ortalama olaraq hər üç gündə bir ukraynalı hərbçi həlak olurdu. Münaqişənin başlanğıcından etibarən tərəflər arasında 10-dan çox atəşkəs razılaşması qeydə alınsa da, bunların heç biri münaqişəni dayandırmaq gücündə olmadı. Tərəflər arasındakı ən son atəşkəs razılaşması isə 1 iyul 2018-ci il tarixində qüvvəyə mindi. Buna baxmayaraq, razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra Ukrayna və separatçı qüvvələr bir-birilərini atəşkəsi pozmaqda ittiham etdi.

Ukrayna Silahlı Qüvvələri (bura həm Milli Qvardiya, həm nizami ordu hissələri, həm könüllülər batalyonları daxildir) iyun-iyul aylarında separatçıların nəzarətində olan bir neçə şəhərə nəzarəti ələ ala bildi və daha sonra nisbətən uğurlu hücum əməliyyatlarını davam etdirərək ölkənin şərqindəki iki əsas şəhəri - LuqanskıDonetski mühasirəyə aldı. Həmçinin Ukrayna qüvvələri Donetsk yaxınlığındakı strateji əhəmiyyətli Sahur-Moqila yüksəkliyinə nəzarəti ələ alaraq Rusiyadan separatçıların köməyinə gələn hərbi kalonlara zərbə endirə bilirdi. Lakin Donetski və Luqanskı mühasirədə saxlayan Ukrayna ordusu bu şəhərləri separatçılardan təmizləmək üçün hücum əməliyyatına başlamağa risk etmədi. İyulun sonlarından başlayaraq Rusiya ilə sərhəddə mühasirəyə alınan Ukrayna ordu hissələri qeyri-bərabər döyüşlərdə ağır itkilər verməyə başladı. Donetsk vilayətinin Rusiya ilə sərhədi boyu Ukrayna ordusunun üç briqdası və sərhəd xidmətinin qüvvələri mühasirəyə alınmışdı. Ukrayna Baş Qərargahı Rusiya ilə sərhəddə mühasirəyə alınan qüvvələri oradan çıxara bilmək üçün heç nə edə bilmədi. Mühasirə avqustun 7-8-nə qədər davam etdi, Ukrayna ordusunun qüvvələri mühasirədən çoxsaylı canlı qüvvə və texnika itirməklə, darmadağın olunmuş vəziyyətdə çıxa bildi. Onlarla hərbi texnika hərbi qənimət kimi separatçıların əlinə keçdi. Həmçinin Rusiyadan Donetsk separatçılarına hərbi köməyin göndərilməsi daha da asanlaşdı.

Qənimət kimi ələ keçirilən çoxsaylı tankların və artilleriya qurğularının, habelə Rusiyadan gələn köməyin sayəsində separatçılar Ukrayna ordusunun Donetsk vilayəti ilə Luqansk vilayətini bir-birindən təcrid etməyə yönəlmiş ikinci hücum əməliyyatının qarşısını ala bildilər. Üstəlik hücum edən Ukrayna qüvvələrinin iri birləşmələri mühasirəyə alındı. Avqustun 13-15-dən etibarən cənub istiqamətində yaradılan mühasirə həlqəsində Ukrayna ordusunun iki briqadası, könüllülərdən ibarət bir neçə batalyon indiyədək qalmaqdadır.Paralel olaraq separatçılar gözlənilməz hücum əməliyyatı həyata keçirdilər - Rusiyadan yeridilən zirehli texnika və desantçıların köməyi ilə onlar cənub-qərb istiqamətində hərəkət edərək Azov dənizi sahilindəki Novoazovsk şəhərini tutdular. Bununla da Ukrayna ordusunun daha bir neçə birləşməsi və könüllülər batalyonu növbəti mühasirə həlqəsinə düşdü. Amvrosiyevsk ətrafında yaradılan mühasirə həlqəsində 3 briqada, könüllülərdən ibarət “Azov” və “Dnepr” batalyonları qaldı. Separatçıların və onlara köməyə gələn elit Rusiya qüvvələrinin cənub-qərb istiqamətində, Mariopol şəhərinə doğru hücumu nəticəsində könüllülərdən ibarət Odessa və Prikarpatye batalyonları öz mövqelərini tərk edərək qaçdı. “Azov” batalyonunun mühasirəyə düşməyən bölmələri isə Mariopola doğru geri çəkildi.

Nəhayət, cənub istiqamətində Donetsk separatçılarının qüvvələrinin hücumları nəticəsində daha bir mühasirə həlqəsi yaradıldı. Novotroitski və Volnovaxa rayonları istiqamətində yaradılan mühasirə həlqəsinə Ukrayna ordusunun 51-ci briqadasının ikinci batalyon taktiki qrupu, könüllülərdən ibarət “Şaxtyorsk” batalyonu qalmaqdadır. Bununla da Donetskdən cənubda yaradılan üç mühasirə həlqəsində Ukrayna ordusunun 7 minlik canlı qüvvəsi, yüzlərlə hərbi texnikası qalır. Daha bir mühasirə həlqəsi isə Mariopol şəhəri ətrafında yarana bilər. Hazırda separatçılar rus desantçılarının köməyi ilə Mariopola doğru şimal və qərb istiqamətlərindən irəliləyirlər. Əgər mühasirə həlqəsi qapansa, orada Ukrayna silahlı qüvvələrinin daha 2 minlik qüvvəsi və 100-ə yaxın hərbi texnikası qala bilər.

Avqustun 31-də separatçılar Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli Mariopol şəhərini tam mühasirəyə aldıqlarını elan ediblər. Separatçıların bildirdiyinə görə, onlar şəhəri Zaparojye ilə birləşdirən magistral yola nəzarəti də ələ alıblar. Ötən iki gün ərzində separatçıların qüvvələri və Rusiyadan onlara köməyə gələn desantçılar, tank batalyonları Azov dənizinin sahilinə qədər irəliləyə biliblər. Ukrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkiliblər.

Əvvəlcə separatçılardan canlı qüvvə və texnika sarıdan bir neçə dəfə üstün olan Ukrayna ordusunun üstünlüyü hazırda kəskin azalıb. Belə ki, Ukrayna qüvvələri hazırda 45-50 minlik canlı qüvvəyə malikdir (mühasirədəkilər də nəzərə alınmaqla), separatçılar isə artıq 20-25 minlik orduya, yüzlərlə tanka və digər hərbi texnikaya malikdir.

Ukrayna rəhbərliyi 23 illik müstəqillik dövrü ərzində ordu quruculuğuna vaxt ayırmayıb və sovet dövründən ölkənin hərbi anbarlarında qalan texnika, sursat ehtiyatlarını xaricə satmaqla məşğul olub. Ukrayna sovet ordusunun anbarlarında qalan hərbi texnika və sursatı Azərbaycan da daxil bir çox ölkələrə satmaqla dünyanın iri silah ixracatçıları arasında yer alırdı. Nəticədə istifadəyə yararlı tankların, döyüş maşınlarının, artilleriya qurğularının əksəriyyəti satılıb. Bu səbəbdən separatçıların qüvvələrinin artdığı bir vaxtda Ukrayna ordusunu sursat və texnika ilə təchiz etmək imkanları tükənir.

Döyüşən tərəflərin hər ikisində dünyanın bir çox ölkələrindən muzdlular və könüllülər döyüşürdü. Təkcə Ukrayna ordusunun tərkibində 52 nəfər erməni əsilli şəxs döyüşlərdə həyatını itirib.[31]

Münaqişənin gələcəyi

[redaktə | mənbəni redaktə et]

Bəzi ekspertlərin fikrincə, Donbass müharibəsi GUAM təşkilatının digər üzvlərində olduğu kimi Ukraynada da "qara dəlik" yaradacaq və "dondurulmuş münaqişə"yə çevriləcək.[32]

  1. "Ukraine and pro-Russia rebels sign ceasefire deal". BBC.com. 5 sentyabr 2014. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  2. Röpcke, Julian. "Putin's shadow government for Donbass exposed". Bild. 29 mart 2016. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  3. Gibbons-Neff, Thomas. "Three-day-old ceasefire in Ukraine broken as fighting resumes in some areas". The Washington Post. 3 sentyabr 2015. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  4. Burridge, Tom. "East Ukraine ceasefire due to take effect". BBC News. 20 fevral 2017. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  5. Thursday, August 25, 2016 - 13:10. "Estonia at War: Special Forces with Ukrainian Combat Troops in Donbass | Donbass International News Agency". Dninews.com. 25 avqust 2016. April 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  6. "Lithuania says it supplies ammunition to Ukraine for first time in two years". Reuters. 3 sentyabr 2016. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  7. "U.S. Confirms Delivery Of Javelin Antitank Missiles To Ukraine". 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  8. "What is some strong evidence that Russian troops or arms are in the East Ukraine?". Quora. 23 dekabr 2017. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  9. "UPDATE: PACE officially recognizes occupied areas in Donbas as 'effectively controlled' by Russia". unian.info. 24 aprel 2018. 2018-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  10. "Ukraine vs Russia: The ICJ's Court Decision, Examined". en.hromadske.ua. 24 aprel 2017. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  11. "Ukraine: Breaking Bodies: Torture and Summary Killings in Eastern Ukraine". Amnesty International. 22 may 2015. səh. 10. 11 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018. Sustained fighting erupted in eastern Ukraine that summer, amidst compelling evidence of Russian military involvement.
  12. "Probability of full-scale Russian invasion remains high – Ukrainian army general". Ukraine Today. 28 iyul 2015. 28 fevral 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  13. "Pro-Russian rebels have 40,000-strong army, sufficient for 'mid-sized European state': Ukraine defence minister". ABC AU. 9 iyun 2015. 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  14. "Around 3–4 thousand Russian volunteers fighting for Donetsk People's Republic militia". 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  15. "Kyiv Says 42,500 Rebels, Russian Soldiers Stationed in East Ukraine". RadioFreeEurope/RadioLiberty. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  16. "SBU chief says 403 Ukrainian citizens missing as a result of Donbas war". Ukrainian Independent Information Agency. 15 dekabr 2017. 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  17. "Ukraine Today: Over 3000 Ukrainian servicemen killed in Donbas war". KyivPost. 6 dekabr 2016. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  18. "At least 22 Ukrainian soldiers killed in Russia's war in December–January". kyivpost.com. 12 yanvar 2017. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  19. "General Staff: Almost 200 Ukrainian soldiers killed in 2017". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  20. "Проект "Груз-200 из Украины в Россию"". 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  21. Grytsenko, Oksana. "Armed pro-Russian insurgents in Luhansk say they are ready for police raid". Kyiv Post. 12 aprel 2014. 12 aprel 2014 tarixində arxivləşdirilib.
  22. "Pushing locals aside, Russians take top rebel posts in east Ukraine". Reuters. 27 iyul 2014. 28 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  23. "Kyiv says there are about 6,000 Russian soldiers, 40,000 separatists in Donbas". KyivPost. 11 sentyabr 2017. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  24. Miller, Christopher. "Anxious Ukraine Risks Escalation In 'Creeping Offensive'". RadioFreeEurope/RadioLiberty. 30 yanvar 2017. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  25. Michael R. Gordon. "Russia Moves Artillery Units into Ukraine, NATO Says". The New York Times. 22 avqust 2014. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  26. Kramer, Andrew E.; Gordon, Michael R. "Ukraine Reports Russian Invasion on a New Front". The New York Times. 27 avqust 2014. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  27. "Ukraine accuses Russia of invasion after aid convoy crosses border". Reuters. 22 avqust 2014. 22 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  28. "Monitor Posts Video Of Truck Convoys Between Russia, Eastern Ukraine". RadioFreeEurope/RadioLiberty (ingilis). 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  29. "Latest from the OSCE Special Monitoring Mission to Ukraine (SMM), based on information received as of 19:30, 10 August 2018 | OSCE". www.osce.org (ingilis). 15 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  30. Whitmore, Brian. "The Daily Vertical: Ukraine's Forgotten War (Transcript)". rferl.org. 26 iyul 2016. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2018.
  31. "Ukrayna dövləti Ermənistana qarşı". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
  32. Rusif Huseynov. Ukraine: Towards a frozen future?: The Politicon Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine, 11 November 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]