Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.
Tu-160 | |
---|---|
Туполев Ту-160 | |
Tipi | Strateji bombardmançı təyyarə |
Hazırlayan | Tupolev |
İstehsalçı | / Tupolev |
Baş konstruktor | Valentin Bliznuk |
Dizayner | Tupolev |
İlk uçuş | 18 dekabr 1981 |
İstismara verilmə tarixi | 23 aprel 1987 |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 35 (27-si seriyalı istehsal, 8-i prototip) |
Vahidinin qiyməti | 250 milyon USD (1993-cü ildə)[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |