Tu-22M (Ty-22M) və ya NATO kod adı ilə Backfire – dəyişkən qanad quruluşu olan uzun mənzilli supersonik adi bir bombardmançı. Ən böyük istifadəçisi Rusiyadır. Onlardan biri Osetiya müharibəsi zamanı vurulub.
Tupolev Tu-22M | |
---|---|
Hazırlayan | Tupolev |
İstehsalçı | Tupolev |
İlk uçuş | 30 avqust 1969 |
İstismara verilmə tarixi | 1972 |
İstismarçılar |
|
Buraxılış sayı | 497 |
Baza modeli | Tupolev Tu-22 |
Vikianbarda əlaqəli mediafayllar |
TU-22 modelinin əlamətdar bir müvəffəqiyyəti olmasa da, əvvəlki model TU-16-dan daha üstün bir təyyarədir. Onun əməliyyat diapazonu və uçuş performansı təyyarənin zəif nöqtələridir. TU-22 modelinin istehsalı ilə, bu təyyarəni əvəz edəcək növbəti nəslin inkişafına başlanılmışdır.
Mig-23 və Su-17 dizaynları ilə dəyişkən həndəsi qanad texnologiyası tərəfindən təklif olunan qısa uçuş zolağından qalxma, yüksək kreyser sürəti, aşağı hündürlükdə uçan zaman mövcud uçuş rahatlığı, səmərəli naviqasiya kimi xüsusiyyətləri nəzərə alaınraq yeni bir təyyarə layihəsi yaradılmışdır. Layihənin nəticəsi yeni dəyişkən həndəsəli Samolyot 145 (Ru. Aeroplane 145) modelidir. Tu-22M, Tu-22 əsaslı silah sistemlərindən istifadə edir və eyni Kh-22 döyüş raketindən istifadə edir.
Sovet İttifaqı TU-22M modelini ixrac etməmişdir, lakin SSRİ-nin dağılması ilə Belarusiyanın istifadəsində 52 təyyarə qalmışdır. Ukraynaya məxsus 29 təyyarə isə nüvə silahının yenidən qurulması ilə əlaqədar olaraq məhv edilmişdir.
Tupolev şirkəti, İran, Hindistan və Çin Xalq Respublikası daxil olmaqla potensial alıcılarla 1992-ci ildən görüşlər həyata keçirdir, lakin 2012-ci ilin dekabr ayına kimi hər hansı bir satış həyata keçirilməmişdir. 2004-cü ildən bəri, dörd dənəsi sahil təhlükəsizliyi və mümkün əməliyyatlar üçün Hindistana icarəyə verilmişdir.
2012-ci ilin dekabr ayında Çin xəbər saytlarında yayımlanan bəzi xəbərlərə görə, Çin Xalq Respublikası Rusiya Federasiyası ilə 1.5 milyard ABŞ dolları dəyərində 36 təyyarə və mühərriklərini əhatə edən müqavilə ilə TU-22M3 istehsal xəttinin satın alındığını və təyyarənin Çin versiyasının adının "H-10" olacağı iddia edilmişdir.