Tural Məmmədli (aparıcı)

Tural Telman oğlu Məmmədli (27 iyun 1990, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbol şərhçisi, jurnalist, televiziya aparıcısı.

Tural Məmmədli
Tural Telman oğlu Məmmədli
Doğum tarixi (33 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyət illəri 2013 – h. h.
Tanınır futbol şərhçisi, televiziya aparıcısı, jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Tural Məmmədli 27 iyun 1990-cı il Bakı şəhərində anadan olmuşdur. 1996–2007-ci illərdə Bakı şəhərində 20 saylı məktəb-liseydə təhsil alıb. 2007–2011ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsilini başa vurub.

Karyerası[redaktə | mənbəni redaktə et]

2013-cü ildən "İdman TV" telekanalında futbol şərhçisi və xəbər aparıcısı kimi fəaliyyətə başlayıb. Futbol üzrə 2014–2018-ci il dünya çempionatları, 2016–2020-ci il Avropa çempionatları, 2016-cı il Rio Olimpiadası, 2015–2019-cu illərdə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, o cümlədən UEFA Çempionlar Liqası və Avroliqa turnirlərinin şərhçisi olub. Müxtəlif vaxtlarda, "Flaqman", "Avropadan futbol", "Peloton" kimi idman proqramlarının aparıcı olub. Azərbaycanda Türkiyə futboluna həsr olunan ilk veriliş "Ay-Ulduzlu Liqa" proqramının həm layihə rəhbəri, həm də aparıcısıdır. 2016-ci ildən 2018-ci ilə kimi "Azərbaycan" televiziyasında yayımlanan "Səhər" analitik-informasiya proqramının aparıcısı olub. 2020-ci ildən etibarən "Azərbaycan" televiziyasında "Aztv-Xəbər"in də aparıcı kimi fəaliyyətə başlayıb. Aparıcısı olduğu proqramlar içində "AzTV"də yayımlanan "Yüksələn Bakı" layihəsi də var. Bundan başqa, Azərbaycanın youtube kanalı "CVN TV"də "Üz-Üzə", "Qabağından yemə", layihələrinin müəlllifi, "Məşhurlar Liqası" proyektinin şərhçisi kimi çalışıb. Hazırda da həm "Azərbaycan" televiziyası, "İdman TV" və "CVN TV"də idman şərhçisi, xəbər və müxtəlif proqramların aparıcısı və müəllifi kimi fəaliyyətini davam etdirir.

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

Instagram hesabı

Facebook hesabı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanlı tanınmış şərhçidən çox maraqlı VİDEO-PAYLAŞIM
  2. Jurnalist üçün zirvə yoxdur
  3. İdman şərhçiləri gənc jurnalistlərlə görüşüb
  4. Azərbaycanlı şərhçilər Türkiyə mətbuatının gündəmində