Turan Manafzadə (Turan İslam qızı Manafzadə; 25 may 1991, Bakı) — Azərbaycan dirijoru, bəstəkarı və pianoçu.[1] 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır.[2]
Turan Manafzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu, dirijor, bəstəkar |
Musiqi aləti | Piano |
Mükafatları |
1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub.
Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır.
O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir. 2014-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin orkestr dirijorluq şöbəsinə daxil olmuş, Antonio Pirolli və Naci Özgüç’dən təhsil almış və 2019-cu ildə oradan məzun olmuşdur. 2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafov ilə birlikdə Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda təşkil etdiyi "Xocalı Soyqırımını Anma Mərasimi"ndə ailəsi ilə birgə anım konserti vermişdir.
2017-ci ilin 28 may günü Azərbaycan Respublikasının müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə qonaqlara piano konserti vermişdir. O, həm də 2017-ci ilin iyul ayında "Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı" çərçivəsində qonaq dirijor olaraq İpək Yolu Orkestrinin rəhbəri kimi Şimali Kipr Türk Respublikasında konsertlər vermiş, bu konsertlərdə Qara Qarayev, Xatirə Əhmədli Cəfər və Həsən Uçarsunun əsərlərinin dirijorluğunu etmişdir[3]. 2017-ci ilin avqust ayında isə İzmirdə qatılmış olduğu dirijor Rengim Gökmenin rəhbərliyi altında keçirilən ustalıq dərslərində 35 nəfərin içərisindən Karşıyaka kamera orkestrini (KODA) idarə etmək üçün seçilən 6 şəxsdən biri olaraq konsert vermişdir. 2018-ci ilin may ayında İstanbul Dövlət Opera ve Balet qurumunda bəstəkar G. F. Handel in "Apollo ve Dafne" əsərinin dirijorluğunu etmişdir. Eyni il Diasporla İş Üzrə Dövlət Komitəsi işbirliyi ilə Amsterdamda "Xocalı Anım Konserti" təşkil etmişdir[4].
2019-cu ilin yanvar ayında dirijor kimi dəvət aldığı Vyananın "Muth" konsert salonunda Abuzar Manafzadə ilə birlikdə "Yeni il" konserti və 2019-cu ilin sentyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Evində ailəsi ilə birlikdə fortepiano konserti etmişdir. Manafzadə, 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Ankara Səfirliyinin himayəsi altında müxtəlif konsertlər vermişdir. 2019-cu ilin noyabr ayında ailəsi ilə birgə TANAP açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Recep Tayyip Erdoğana xüsusi piano konserti vermişdir. Eyni il dirijor kimi Bakıda konsertlər vermək üçün dəvət almış və Abuzar Manafzadənin bəstələdiyi, dünyada balaban musiqi aləti üçün bəstələnmiş ilk Balaban Konsertinin Bakıdakı ilk səsləndirməsinin dirijorluğunu da etmişdir.[5][6]
2019-cu il oktyabr ayında başladığı "Biznes Master" (MBA) təhsilini "Dijital Dönüşümün Sənət və Sənətçi Fəaliyyətlərinə Etkisi: Covid-19 Üzərinə Bir Araşdırma" mövzusunda 2021-ci ilin fevral ayında uğurla müdafiə edərək məzun olmuşdur.
2020-ci il dekabr ayında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində Mədəniyyət Elçisi olaraq xüsusi bir dostluq konserti gərçəkləşdirmişdir.[7]
Turan Manafzadə 14 illik müəlliməliyinin yanında hal-hazırda musiqi sənətində aktiv bir sənətçi olaraq dijital və fiziki konsertləri ilə fəaliyyətini davam etdirir.
Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə marş yazmış və bu marş qısa müddət ərzində çox bəyənilmişdir.[8][9]
Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" futbol klubunun sadiq azarkeşidir. Tennis və üzgüçülük həvəskarıdır.