Tusenoyane adaları

Tusenoyane adaları (norv. Tusenøyane) — Şpitsbergen arxipelaqına daxil olan yaşayışı olmayan kiçik adalar qrupu. Arxipelaq Edj adasından cənubda yerləşir. Barens dənizi akvatoriyasına daxildir.

Tusenoyane adaları
norv. Tusenøyane
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
77°00′ şm. e. 21°30′ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Tusenoyane adaları xəritədə
Tusenoyane adaları
Tusenoyane adaları

1614-ci ildə holland Yoris Karolus Edj adasından cənubda kiçik adalar qrupunu aşkar etmişdir. Moskva şirkətinin tərtib etdiyi xəritədə adaların bir neçəsinin adı belə vardı. 1868-ci ildə Adolf Erik Nordemnşeld «Sofiya» gəmisində adalara yan almaq istəsə də cəhdi uğursuz olmuşdur. Ancaq 1700-ci ildən 1850-ci ilə qədər rus balina ovçularının qışlama ərazisi olmuşdur.

  • Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
  • Norwegian Polar Institute: Place names in Norwegian polar areas Arxivləşdirilib 2016-05-06 at the Wayback Machine.
  • Purchas, S. 1625. Hakluytus Posthumus or Purchas His Pilgrimes: Contayning a History of the World in Sea Voyages and Lande Travells by Englishmen and others. Volumes XIII and XIV (Reprint 1906 J. Maclehose and sons).