Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | TUV | ||||||||
MOK | Tuvalu İdman Assosiasiyası və Milli Olimpiya Komitəsi | ||||||||
Rio-de-Janeyro, Braziliya 5 avqust – 21 avqust | |||||||||
İdmançı sayı | 1 idmançı (1 idman növü üzrə) | ||||||||
Bayraqdar | Etimoni Timuani (Açılış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu.[1] Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu.[1] Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.[1] Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı.[2] Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi.[2]
XXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.
Etimoni Timuaniyə yarışlara qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. Sabiq futbolçu olan 24 yaşlı Etimoni Timuani, Olimpiya Oyunlarında debüt etdi. O, həm də 2015-ci ildə, Papua-Yeni Qvineyada baş tutan Sakit okean Oyunlarına və Çinin ev sahibliyində baş tutan Dünya Çempionatına qatıldı.
Kişilər
Avqustun 13-də Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasında mübarizəyə qoşuldu.[3] 100 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsinin III qrupunda o, 11.81 saniyə nəticə göstərdi və 7 idmançı sırasında sonuncu, 7-ci pilləni tutaraq XXXI Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı.[3]
İdmançı | Yarış | Təsnifat mərhələsi | Dörddə bir final | Yarım-final | Final | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Etimoni Timuani | 100 m. |