Tyanşan küknarı

Tyanşan küknarı (lat. Picea schrenkiana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Tyanşan küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Bu küknar Tyan-Şan dağlarında yayılmışdır. Rusiyada bütün Tyan-Şan dağlarında və Cunqar Alatausunda, Çinin rayonlarında yayılmış bitkidir. Şrenk küknarı dağ meşələri əmələ gətirir, onların aşağı sərhədi Orta Asiyanın isti yarımsəhraları və ya səhralarına qədər, yuxarı sərhədi isə 3200 m hündürlükdən keçərək buzlaqlara qədər çatır. Şrenk küknarı çox vaxt təmiz meşələr əmələ gətirir, bəzən Sibir ağ şamı ilə qarışır. Onun ensiz, sərvşəkilli çətiri xüsusilə özünəməxsusdur və küknarların digər növlərindən kəskin fərqlənir. Təbii bitmə yerlərində bu küknar gözəl landşaftlar yaradır. Torpağın tərkibinə həssas deyil. Bu növ müxtəlif tropaqlarda, qayaların çatlarında, bataqlıq yerlərdə bitir, ancaq quraqlığa və istiyə çox davamsızdır. İri ağacların hündürlüyü 40 m, gövdəsinin diametri 1 m-dir. Təbii şəraitdə Şrenk küknarı təmiz və qarışıq meşələr əmələ gətirir. Cavan yaşda Şrenk küknarı yavaş böyüyür. Tumurcuqları mayın birinci ongünlüyündə açılır. Qışadavamlıdır. Azacıq əyri, bir silindrəbənzər formalı, parlaq qonur qabıqlarla örtülü qozalarının uzunluğu 12 sm-dir. Azərbaycanda Bakının, Gəncənin, Lənkəranın küçə və parklarında təsadüf edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies schrenkiana (Fisch. & C.A.Mey.) Lindl. & Gordon
  • Picea obovata var. schrenkiana (Fisch. & C.A.Mey.) Carrière
  • Pinus abies f. schrenkiana (Fisch. & C.A.Mey.) Voss
  • Pinus schrenkiana (Fisch. & C.A.Mey.) Antoine

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]