Tyanşan yemişanı (lat. Crataegus tianschanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Tyanşan yemişanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Tyanşan yemişanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Orta Asiyada – Şərqi Tyanşanda yayılmışdır.
Hündürlüyü 6 m-ə çatan ağacdır. Cavan budaqları aşağıya doğru sallanır. Yarpaqları enli yumurtavari, parlaqdır. İyulun əvvəllərində çiçəkləyir, meyvəsi avqustda yetişir. Sarı rəngli meyvələri budaqların üzərində sıx yerləşir. Toxumla çoxaldılır.
İşıqsevən bitkidir. Dağların daşlı-çınqıllı yamaclarında, çay vadisi boyu kolluqlarda tək-tək və ya xırda qruplarla bitir.
Gəncədə, Qubada, Sumqaıtda, Lənkəranda park və bağların yaşıllaşdırılmasında rast gəlinir.
Tək və qrup əkinlərində istifadəsi məqsədəuyğundur.