Uçuş məsafəsi

Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır.

Asılı olduğu xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinəqalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir.

Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir.

Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər. Təyyarəyə uçuş əsnasında vaxtından əvvəl hücum bucağı vermək, ya da vaxtından əvvəl qalxmağa cəhd etmək saxlanma itkisinə səbəb ola bilər.