Uşaq qalası

Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır[1].

Uşaq qalası
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Quşçu kəndi
Tikilmə tarixi XV əsr
Material çay daşı
Uşaq qalası (Azərbaycan)
Uşaq qalası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sultan Hümbətov, "Açıq etiraf", "Laçın yurdu" jurnalı, №1 (12), 2014, Bakı, "Bəxtiyar-4" nəşriyyatı. səh.53.