Quşçu — Azərbaycan Respublikasının Laçın rayonu Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Quşçu | |
---|---|
39°40′19″ şm. e. 46°21′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[2]
Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcədə nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s. quşlara insanın köməkçisi, uğur gətirən bir varlıq kimi baxmışlar. Odur ki, xalqımızın quş onqonuna inamının nəticəsidir ki, Azərbaycanda quş adları toponim kimi geniş yayılmışdır. Ehtimal olunur ki, bu yer adları türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Bu tayfa məskunlaşdığı ərazini quşçu tayfasının yaşadığı ərazi kimi adlandırmışlar.
Kənddə XV əsrə aid tarixi abidələr vardır.
Kənd dağlıq ərazidə yerləşir.
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 824 nəfərdir.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə 2 mağaza və çörəkbişirmə sexi var idi.
Kənddə poçt, kitabxana və klub olub.
Kənddə orta məktəb fəaliyyət göstərib.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |