Uşaqyeyən fəvvarəsi (alm. Kindlifresserbrunnen) — İsveçrənin Bern şəhərinin Kornhausplats meydanında fəvvarə. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[2].
Uşaqyeyən fəvvarəsi | |
---|---|
Kindlifresserbrunnen | |
46°56′54″ şm. e. 7°26′51″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1545-1546 |
Material | qranit[1], Əhəng daşı, dəmir |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər fəvvarə "Platsbrunnen" adı ilə tanınırdı, lakin 1666-cı ildə o özünün indiki adını qazanmışdır. Uşaqyeyən fəvvarəsi çılpaq uşağı udan nəhəng-adamyeyəni təsvir edir. O əlində digər uşaqlar ilə dolu bir çanta saxlayır[3]. Nəhəng divin başında Orta əsrlərdə yəhudilər tərəfindən güc yolu ilə geyinilən uzun papaq yerləşir[4]. Bu fakt daha sonralar sakinlər arasında nəhəng-adamyeyən fiqurunun yəhudilərə istinad etməsinə və onların ritual cinayətlərinin xatırlatması kimi bir sıra fərziyyələrə səbəb oldumdur[5]. Başqa nəzəriyyəyə əsasən, fəvvarədəki heykəl Yunan mifologiyasındakı Xronos tanrısını təcəssüm edir.
Çox güman ki, bu itaətsiz uşaqları qorxutmaq üçün istifadə edilmiş bir növ mifik fiqurdur[3]. Sütunun aşağı hissəsinə, üzərində silahlı ayıların yürüyüşü təsvir olunan friz quraşdırılmışdır[6].
Məhz bu fəvvarə İsveçrə yazıçısı Jak Şessenin L’Оgrе ("Adamyeyən") adlı romanının yaradılmasında mühüm rol oynamışdı. 2007-ci ildə heykəl postamentdən çıxarılaraq tamamilə bərpa edilmişdi. Mətbuatda uzun müddət restavrasiya işlərinin 500 000 franka həyata keçirildiyi barədə çoxlu yanlış və şişirilmiş məlumatlar verilmişdi.