UEFA Avro 2028 və ya sadəcə Avro 2028 olaraq adlandırılan 2028 UEFA Avropa Futbol Çempionatı UEFA-nın üzv assosiasiyaların kişilərdən ibarət milli komandaları üçün təşkil etdiyi və dörd ildən bir keçirilən 18-ci UEFA Avropa Çempionatı olacaq. Turnirin 2028-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.[1]
UEFA Avro 2028 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 2028-ci ilin iyun iyul aylarında keçiriləcəyi ehtimal edilir. |
Başlama tarixi | 15 iyun 2028 |
Bitmə tarixi | 15 iyul 2028 |
Komanda sayı | 24 milli komanda |
← 2024 2032 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası birlikdə ev sahibliyi edəcək.[2]
Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.
16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi.[3] Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.[4]
Seçim mərhələsi aşağıdakı kimidir:[5]
Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.[7]
İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası – 7 fevral 2022-ci ildə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının futbol assosiasiyaları birgə təklif elan etdilər. İngiltərə əvvəllər turnirə 1996-cı ildə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin on iki oyunu London və Qlazqoda keçirilib.[8]
Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.[9]
Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir.[10] 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.[11][12]