UEFA Avro 2032

UEFA Avro 2032 və ya sadəcə Avro 2032 kimi adlandırılan 2032 UEFA Futbol Çempionatı UEFA tərəfindən üzv assosiasiyaların böyük kişilərdən ibarət milli komandaları üçün təşkil edilən 19-cu UEFA Avropa Çempionatı olacaq. Turnirin 2032-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir və turnirdəki iştirakcı komandaların sayı 32 komandaya qədər artırıla bilər.[1]

UEFA Avro 2032
Yarış məlumatları
Ev sahibi
Tarix 2032-ci ilin iyun iyul aylarında keçiriləcəyi ehtimal edilir.
Komanda sayı Bəlli deyil
2028
2036 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turnirə İtaliya və ya Türkiyədən birinin ev sahibliyi edəcəyi gözlənilir.[2][3]

Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.

Seçim mərhələləri

[redaktə | mənbəni redaktə et]

16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi.[4] Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.[5]

Seçim mərhələsi aşağıdakı kimidir:[6]

  • 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir
  • 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix
  • 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir
  • 5 aprel 2022: İddiaçıların elanı
  • 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı
  • 16 noyabr 2022:[7] İlkin tender sənədlərinin təqdim edilməsi
  • 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi
  • sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı

Təsdiqlənmiş təkliflər

[redaktə | mənbəni redaktə et]

Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.[8]

İtaliya – 2019-cu ilin fevral ayında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky Sport Italia"ya federasiyanın təklifi nəzərdən keçirdiyini söylədi.[9] Təklif İtaliyanın Avro 2020-də qalib gəlməsindən bir neçə gün sonra Qravina tərəfindən yenidən təklif edildi.[10] İtaliya daha əvvəl 1968 və 1980-ci illərdə turnirə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin dörd oyunu Romada keçirilib. 2022-ci ilin fevralında İtaliya federasiyası, yarışın keçiriləcəyi obyektlərin qurulması üçun daha çox vaxr lazım olduğu üçun 2028-ci il əvəzinə Avro 2032-yə namizəd olacağını açıqladı. Həmçinin martın 23-də İtaliyanın təklifi rəsmi olaraq təsdiqləndi.[11][12]

2022-ci ilin noyabrında İtaliya yarışların keçirilməli olduğu on bir şəhərlə ilkin sənədlərini təqdim etdi: Roma, Milan, Neapol, Turin, Palermo, Genuya, Boloniya, Florensiya, Bari, Kalyari və Verona.

Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.[13]

Rədd edilmiş təklif

[redaktə | mənbəni redaktə et]

Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir.[14] 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.[15][16]

  1. "UEFA explores expanding European Championship to 32 teams". AP News. Associated Press. 11 July 2021. 29 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2021.
  2. "Soccer-Italy announce intent to host Euro 2032". Reuters. 8 February 2022. 7 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2022.
  3. "Arxivlənmiş surət". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  4. "UEFA Executive Committee approves a new Football Sustainability Strategy 2030". UEFA.com. Union of European Football Associations. 16 December 2021. 16 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2021.
  5. UEFA Circular Letter.
  6. UEFA Circular Letter.
  7. "Türkiye and joint UK/Republic of Ireland bids for 2028, Italy and Türkiye bids for 2032". UEFA.com. UEFA. 16 November 2022. 27 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2022.
  8. "Declarations of interest in hosting UEFA EURO 2028 and 2032 received from four potential bids" (Press-reliz). Nyon: UEFA. 23 March 2022. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
  9. "Gravina: Italy could host Euro 2028". Football Italia. 7 February 2019. 14 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  10. "Gravina: "Il trionfo azzurro dà impulso al Paese". E lancia la candidatura per Euro 2028". La Gazzetta dello Sport (italyan). 7 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2021.
  11. "Soccer-Italy announce intent to host Euro 2032". Reuters. 8 February 2022. 7 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2022.
  12. "Arxivlənmiş surət". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  13. "Turkey submits bid to host UEFA Euro 2028". Daily Sabah. 23 March 2022. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
  14. McInnes, Paul. "Russia declares interest in hosting Euro 2028 or 2032 despite football ban". The Guardian. Moskva. 23 March 2022. 22 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
  15. "UEFA decisions for upcoming competitions relating to the ongoing suspension of Russian national teams and clubs" (Press-reliz). Nyon: UEFA. 2 May 2022. 1 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2022.
  16. "Uefa announces further sanctions on Russian clubs and national teams amid Ukraine invasion". BBC Sport. Brussel. 2 May 2022. 23 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2022.