UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı.
UEFA Avro 1972 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Belçika |
Tarix | 14–18 iyun 1972 |
Başlama tarixi | 14 iyun 1972 |
Bitmə tarixi | 18 iyun 1972 |
Komanda sayı | 4 |
Yekun nəticəsi | |
Çempion | Almaniya |
İkinci | SSRİ |
Üçüncü yer | Belçika |
Dördüncü yer | Macarıstan |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 10 (matç başına: 2.5) |
Tamaşaçı sayı | 121880 matç başına: 30470 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Gerd Müller (4 qol) |
← 1968 1976 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir.
1/2 oyunları, üçüncü yer uğurunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı.
Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur.
Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir.
Brüssel | Lyej | Brüssel | Antverpen | ||
---|---|---|---|---|---|
Eyzel | Stad Moris Düfran | Stad Emil Verse | Bosuil | ||
50°53′45″ şm. e. 4°20′03″ ş. u. | 50°36′35″ şm. e. 5°32′36″ ş. u. | 50°50′03″ şm. e. 4°17′54″ ş. u. | 51°13′56″ şm. e. 4°28′19″ ş. u. | ||
Tutumu: 50 000 | Tutumu: 31 000 | Tutumu: 28 000 | Tutumu: 20 000 | ||
Yarımfinal | Final | ||||||
14 iyun. Antverpen | |||||||
Belçika | 1 | ||||||
Almaniya | 2 | ||||||
18 iyun. Brüssel | |||||||
Almaniya | 3 | ||||||
SSRİ | 0 | ||||||
Üçüncü yer uğrunda oyun | |||||||
14 iyun. Brüssel | 17 iyun. Lyej | ||||||
Macarıstan | 0 | Macarıstan | 1 | ||||
SSRİ | 1 | Belçika | 2 |
14 iyun 1972 20:00 |
|
Bosuil, Antverpen Tamaşaçı: 55 669 Hakim: Uilyam Mallen |
||||||
Heyətlər: Belçika: Pio, Eylens, Dolmans, Tissen, Van den Dael, Doks, Martens (Pollenis, 70), Semmelinq, Lamber, Van Himst, Y. Ferheyn. AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer, Vimmer, Haynkes, U. Höness (Qrabovski, 59), G. Müller, Netser, E. Kremers. |
14 iyun 1972 20:00 |
|
Stad Emil Verse, Brüssel Tamaşaçı: 16 590 Hakim: Rudi Qlökner |
||||||
Heyətlər: Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P. Yuhas, İ. Yuhas, L. Koçiş (Albert, 60), Kyu, Seke, Bene (A. Dunai, 60), Zambo. SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava, Kapliçnı, İstomin, Konkov, Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Nodiya, 68), Onişenko. Qeyd: Zambo 11 metrlik zərbəni qeyri-dəqiq yerinə yetirib (84, qapıçı). |
17 iyun 1972 |
|
Stad Moris Düfran, Lyej Tamaşaçı: 6 184 Hakim: Eynar Boström |
||||||
Heyətlər: Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P.Yuhas, İ.Yuhas, Kozma, Albert, Kyu, A.Dunai, Zambo (Syuç, 46) Belçika: Pio, Eylens, Van den Dael, Tissen, Dolmans, Doks, Pollenis, Semmelinq, Lamber, Van Himst, Y.Ferheyn |
18 iyun 1972 |
|
Eyzel, Brüssel Tamaşaçı: 43 437 Hakim: Ferdinand Marşall |
||||||
Heyətlər: AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer (k), Vimmer, Haynkes, U.Höness, G.Müller, Netser, E.Kremers. SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava (k), Kapliçnı, İstomin, Konkov (Dolmatov, 46), Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Kozinkeviç, 63), Onişenko |
Avropa çempionu 1972 |
---|
Almaniya Birinci titul |
4 top
1 top:
Mənbə: UEFA[1]