USS Indianapolis (CA-35), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Portland sinifli döyüş gəmisidir.
USS Indianapolis | |
---|---|
Təşkilat | |
Şərəfinə adlandırılıb | İndianapolis |
İştirak etdiyi döyüşlər | |
Uzunluğu |
|
Su sıxışdırması | 7,4 m |
Vikianbarda əlaqəli mediafayllar |
1945 -ci ilin iyulunda Admiral Raymond Spruancenin komandanlığı altında yola çıxan USS Indianapolis, Yaponiyaya atılan ilk atom bombası hesab edilən “Little Boy”un kritik hissələrini Şimali Mariana Adalarındakı Tinian ABŞ Hava Bazasına çatdırır. Sonra Filippinə yola düşür.
Gəmi, 30 iyul 1945-ci il saat 00: 15-də Mochitsura Hashimotonun komandanlığı altında olan Yaponiya İmperator Dəniz Qüvvələrinin “I-58” adlı B3 tipli sualtı qayığı tərəfindən görülür və biri arxa tərəfə, biri də yanacaq çənlərini nişan almaqla iki ədəd torpedo atılır. USS Indianapolis 12 dəqiqə ərzində batır. Gəmidə olan 1195 ekipajdan təxminən 300-ü gəmi ilə birlikdə dənizə qərq olur. Qalan 890 dənizçi, bir neçə xilasetmə gəmisi ilə, demək olar ki, heç bir yemək və ya su ehtiyatları olmadan açıq okeanda susuzlaşma, duzlu su zəhərlənməsi və köpək balığı hücumları ilə üz-üzə gəlir. Yalnız 316 nəfər sağ qalır.
Hərəkət rotası haqqında olan məlumatlar, missiyasının çox gizli olmasına görə heç bir bazaya bildirilməmişdi. Hərbi Dəniz Qüvvələri gəminin batdığını yalnız dörd gün sonra, adi patrul xidmətində olan “PV-1 Ventur” ekipajının sağ qalanları görməsi nəticəsində xəbər tutmuşdur. USS Indianapolisin batması ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixinə tək bir gəminin qəzaya uğraması nəticəsində dənizdə ən böyük can itkisinin verilməsi ilə nəticələnmiş qəza kimi düşüb.
Sağ qalanlardan biri, Kapitan Charles B. McVay III, xilas edildikdən sonra maraqlı bir formada günah keçisi elan edilərək, məhkəmədə mühakimə olunaraq günahkar bilinir. 1968 -ci ildə həyat yoldaşının da ölümündən sonra xidməti tapançası ilə intihar edir.
19 Avqust 2017-ci ildə Microsoft şirkətinin müştərək qurucusu Paul Allen tərəfindən maliyyələşdirilən axtarış qrupu, Filippin dənizində təxminən 5500 m dərinlikdə batmış kreyserin qalıqlarını tapır. 20 dekabr 2018 -ci il tarixində USS Indianapolis ekipajı kollektiv olaraq Konqresin Qızıl Medalı ilə təltif edilib.