Pol Allen

Pol Allen (21 yanvar 1953[1][2][…], Sietl, Vaşinqton[2]15 oktyabr 2018[3][2][…], Sietl, Vaşinqton[4][2]) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüserixeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti[7] olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi.[8][9]

Pol Allen
ing. Paul Allen
Doğum tarixi 21 yanvar 1953(1953-01-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 2018(2018-10-15)[3][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qeyri-Hodgkin lenfoma[d][2], Septik şok[5][6]
Təhsili
Fəaliyyəti ixtiraçı, informatik, film prodüseri, musiqiçi, sahibkar, iş adamı, musiqi prodüseri, bəstəkar, rəsm kolleksioneri[d], televiziya prodüseri[d], proqramçı, xeyriyyəçi, investor
Fəaliyyət illəri 1975-ci ildən
Üzvlüyü
paulallen.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu.[10] O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks[11]Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers[12] komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi.[13] 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı.

Allen neyroelm,[14] süni intellekt[15]sitologiya[16] üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems[17]Apex Learning kimi şirkətləri təsis edib.[18] O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb. 2004-cü ildə SpaceShipOne ilə ilk ekipajlı şəxsi kosmik təyyarəni maliyyələşdirib.[19][20] Allen çoxsaylı mükafatlara və fəxri adlara layiq görülüb və 2007-2008-ci illərdə Time 100 siyahısına daxil edilib.[21]

2009-cu ildə Allenə qeyri-Hodgkin limfoma diaqnozu qoyulub. O, 15 oktyabr 2018-ci ildə 65 yaşında xərçənglə əlaqəli septik şok səbəbilə vəfat edib.[22]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Allen 21 yanvar 1953-cü ildə Vaşinqton ştatının Sietl şəhərində, Kennet Sem Allen[23] (kitabxanaçı) və Edna Fey (qızlıq soyadı Qardner) Allen[24][25] (dördüncü sinif müəllimi) ailəsində anadan olub. 1965-ci ildən 1971-ci ilə qədər o, Sietldə özəl məktəb olan Lakeside School-da oxuyub və burada kompüterlərə olan həvəsini bölüşdüyü Bill Qeytslə dostluq edib.[26] Onlar müxtəlif zaman bölünməsi kompüter sistemləri üzərində proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün məktəbin Teletype terminallarından istifadə edirdilər.[27] Onlar həmçinin imtiyazlarından sui-istifadə etdikləri üçün 1971-ci ildə qadağa qoyulana qədər şəxsi tədqiqatlar və kompüter proqramları üçün Vaşinqton Universitetinin Kompüter Elmləri Departamentinin laboratoriyasından istifadə ediblər.[28]

Geyts və Allen Leyksayd Proqramlaşdırma Klubu yaratmaq və əlavə kompüter icazəsi müqabilində Computer Center Corporation-ın proqram təminatında səhvlər tapmaq üçün Ric Veyland və Geytsin uşaqlıqdan ən yaxşı dostu və ilk əməkdaşı olan Kent Evansa qoşuldular. 1972-ci ildə Evansın dağa dırmaşma zamanı baş verən qəzada qəfil ölümündən sonra Geyts Leyksayd üçün avtomatlaşdırılmış sinif planlaşdırma sistemini bitirmək üçün Allenə müraciət etdi.[29] Daha sonra Intel 8008 prosessoru əsasında trafik sayğacları hazırlamaq üçün "Traf-O-Data"nı yaratdılar. Allenin dediyinə görə, o, Geytslə birlikdə yeniyetməlik illərində kompüter proqramı kodu üçün zibil qutusunda axtarış edirdilər.[a][30]

Allen 1600 SAT balı toplayaraq[31] Vaşinqton Dövlət Universitetinə qəbul oldu və burada Fi Kappa Teta cəmiyyətinə qoşuldu.[32][33][34] O, Geytsin qeydiyyatdan keçdiyi Harvard Universitetinin yaxınlığında, Bostonda yerləşən Honeywell korporasiyasında proqramçı kimi işləmək üçün iki ildən sonra kolleci tərk etdi.[27] Allen, daha sonra Geytsi Microsoft-u yaratmaq üçün Harvarddan çıxmağa təşviq etdi.[35]

  1. Zibil qutusunda axtarış ləğv edilmiş informasiya daşıyıcılarında axtarış etməklə parolların və korporativ məlumatların əldə edilməsi deməkdir.
  1. 1 2 Nolen J. L. Paul Allen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 6 7 8 9 http://www.vulcan.com/News/Articles/2018/Statement-on-Paul-G-Allen.
  3. 1 2 https://www.nytimes.com/2018/10/15/obituaries/paul-allen-dead.html.
  4. 1 2 Wang C. https://www.cnbc.com/2018/10/15/microsoft-co-founder-paul-allen-dies-of-cancer-at-age-65.html. 2018.
  5. https://sepsistrust.org/paul-allens-cause-of-death-revealed-to-be-septic-shock/.
  6. https://www.inquisitr.com/5124866/paul-allen-cause-of-death.
  7. "The World's Biggest Public Companies". Forbes (ingilis). October 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2018.
  8. "#21 Paul Allen - 2018 Forbes 400 Net Worth". Forbes. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2018.
  9. "Microsoft co-founder Paul Allen dies of cancer at age 65". CNBC. October 15, 2018. January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2018.
  10. "Leadership". Vulcan.com. July 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 6, 2016.
  11. Attner, Paul. "Behring straits – Seattle Seahawks owner Ken Behring". Sporting News. March 25, 1996. November 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  12. "Learn More About Larry Weinberg". NBA.com. National Basketball Association. March 6, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  13. "Seattle to Get Expansion MLS Franchise for 2009". ESPN. November 9, 2007. May 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2007.
  14. Timmerman, Luke (March 21, 2012). "Paul Allen Commits $300M to Expand Institute for Brain Science" Arxiv surəti 29 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 29, 2013, at the Wayback Machine. Xconomy.
  15. "Paul Allen Hires AI Luminary, Oren Etzioni, to Head New Artificial Intelligence Institute". Singularity Hub. September 11, 2013. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  16. "Allen Institute for Cell Science". Allen Institute for Cell Science. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2015.
  17. "Stratolaunch - Who We Are". October 17, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 16, 2018.
  18. "Education Growth Partners Acquires Paul Allen's Online Curriculum Company, Apex Learning - EdSurge News". EdSurge (ingilis). May 2, 2017. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2018.
  19. "COLLIER 2000-2009 RECIPIENTS". November 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2019.
  20. "National Air and Space Museum to Acquire SpaceShipOne, First Successful Privately Built Spacecraft". Airandspace.si.edu. March 10, 2005. October 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2015.
  21. Pinker, Steven. "Paul Allen". TIME. May 3, 2007. March 20, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  22. Faulkner, Trisha. "Paul Allen's Cause Of Death Revealed: Septic Shock & Immunosuppression". Inquisitr. October 20, 2018. October 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2018 – (see: septic shock, immunosuppression) vasitəsilə.
  23. Pogrebin, Robin. "Opening Paul Allen's Treasure Chest". The New York Times (ingilis). 172 (59555). September 23, 2022. səh. C14. ISSN 0362-4331. September 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2022.
  24. "Kenneth S. and Faye G. Allen Library Endowment – UW Libraries". Lib.washington.edu. October 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  25. "Paul Allen's Mother Dies at 90". Puget Sound Business Journal. June 4, 2012. İstifadə tarixi: October 4, 2022.
  26. "Timeline: Selected events in the life of Paul Gardner Allen". The Seattle Times. October 15, 2018. May 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2023.
  27. 1 2 Paul Allen. "Microsoft's Odd Couple". Vanity Fair. May 2011. April 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  28. Hannelore Sudermann, "Paul Allen, Welcome Back", Columns (University of Washington alumni magazine), June 2017, p. 16.
  29. Leibovich, Mark. "Alter Egos". The Washington Post (ingilis). December 31, 2000. ISSN 0190-8286. December 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 24, 2019.
  30. Allen, Paul. Idea Man: A Memoir by the Cofounder of Microsoft. Portfolio/Penguin. 2012. 40. ISBN 978-1-101-47645-1.
  31. From the archives: Twin brothers both get a flawless 1600 on the SAT, but Long Beach seniors simply take it in stride Arxiv surəti 16 oktyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 16, 2018, at the Wayback Machine Newsday
  32. "Alumni Bookshelf – Phi Kappa Theta Fraternity, Incorporated". Phikaps.org. June 23, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  33. High-Tech Fraternity Arxiv surəti 16 oktyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 16, 2018, at the Wayback Machine The New York Times
  34. Paul Allen to give $26 million to Washington State University Arxiv surəti 16 oktyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 16, 2018, at the Wayback Machine The Oregonian
  35. Paul Allen: World's Sixth-Richest Man and Bill Gates 'Quirky Twin' Arxiv surəti 16 oktyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 16, 2018, at the Wayback Machine ABC News

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]