Uberto Alvarado Arelyano

Uberto Alvarado Arelyano (isp. Alvarad Arellano Huberto; 192721 dekabr 1974, Qvatemala) — Qvatemala şairi, yazıçısi, publisisti, esseisti, dramaturqu, Qvatemalada kommunist hərəkatının lideri.

Uberto Alvarado Arelyano
Şəxsi məlumatlar
Doğum tarixi 1927
Vəfat tarixi 21 dekabr 1974(1974-12-21)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Uberto Alvarado Arelyano 21 may 1927-ci ildə Kesaltenanqo şəhərində anadan olmuşdur. O, 1949-cu ildən Qvatemala Əmək Partiyasının üzvüdür. Xakobo Arbenz Quzman hökuməti 1954-cü ildə devrilənədək "Sakker-ti" (Dan yeri) adlı yaradıcı gənc ziyalı qrupunun təşkilatçısı və rəhbəri idi. 1954–1956-cı illərdə mühacirətdə olmuş, qayıtdıqdan sonra gizli fəaliyyət göstərmişdir. 1949-cu ildə Qvatemala Əmək Partiyası Mərkəzi Komitəsinin üzvü, 1957-ci idlən MK Siyasi Komissiyasının, 1963-cü ildən MK Katibliyinin, 1872-ci ildən MK Baş katibi olmuşdur. 1974-cü ilin dekabrında həbs edilərək öldürülmüşdür.[1]

  1. Алварадо Арелјано Уберто // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 221.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Энциклопедический справочник «Латинская Америка». — М.: Советская Энциклопедия. Главный редактор В. В. Вольский. 1979—1982.
  • Энциклопедический словарь. 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]