Ues Kreyven (ing. Wesley Earl Craven; 2 avqust 1939[1][2][…], Klivlend, Ohayo[3] – 30 avqust 2015[3][1][…], Los-Anceles, Kaliforniya[3]) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyorudur.
Ues Kreyven | |
---|---|
ing. Wesley Earl Craven | |
Doğum adı | Uesli İrl Kreyven |
Doğum tarixi | 2 avqust 1939[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 2015[3][1][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Uşağı | 2 |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, aktyor, kinooperator[d], telerejissor, televiziya prodüseri[d], montajçı[d], kino aktyoru, rejissor, prodüser, yazıçı |
Fəaliyyət illəri | 1968–2015 |
Təhsili | |
Boyu | 188 sm |
IMDb | ID0000127 |
wescraven.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ues Kreyven 1932-ci ildə ABŞ-nin Klivlend ştatının Ohayo şəhərində Karolin (ilk soyadı Miller) və Pol Kreyvenin[4] ailəsində anadan olmuşdur. Ailəsi protestant olub. Əvvəllər ingilis ədəbiyyatı üzrə fakültəyə daxil olsa da, uzun sürən xəstəlikdən sonra fakültəni tərk edir. Sonralar psixologiya ilə məşğul olur. 1963-cü ildə psixoloq vəzifəsinə layiq görülür. Nyu-Yorka qayıtdıqdan sonra bir müddət taksi şoferi işləyir. Səs rejissoru işlədikdən sonra 1971-ci ildə rejissor Şon Kanninhem ilə "Birlikdə" filmini çəkir. Beləcə, Ues Kreyven film karyerasının təməlini qoyur. Ues Kreyven "Təpələrin gözləri var" filminə görə mükafata layiq görülür. Film karyerasının ən uğurlu çəkdiyi film isə 1984-cü ildə çəkilən "Qarağac küçəsində qarabasma" filmi olur. Film, o cümlədən, Ues Kreyven tənqidçilər tərəfindən müsbət qarşılanmış və bir çox mükafata layiq görülmüşdür. 1996-cı ildə "Qışqırıq" filmini çəkmişdir. 2015-ci ildə "MTV" kanalında yayımlanan "Qışqırıq" serialında bir müddət prodüserlərdən biri olaraq çalışmışdır. Ues Kreyven 30 avqust 2015-ci il tarixində Kaliforniya ştatının Los Anceles şəhərində yerləşən evində, uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Ues Kreyven Bonni Bröker (ing. Bonnie Broecker) ilə ailə həyatı qurduqdan sonra Conatan və Cessika adlı övladları dünyaya gəlir. Təxminən 10 il birlikdə yaşadıqdan sonra ayrılırlar. Bonni Broeker Tom Çapin (ing. Tom Chapin) ilə ailə həyatı qurmuşdur.[5] Ardınca Ues Kreyven Mimi Kreyven ilə ailə həyatı qursa da, bir müddət sonra boşanırlar. Ues Kreyven çox keçmədən film prodüserinlərindən biri olan İya Labunka ilə ailə həyatı qurur.