Ueston qraflığı (ing. Weston County) — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur.[1] Rayonun paytaxtı Nyukasl şəhəridir.[2] Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir.
Ueston qraflığı (Vayominq) | ||
---|---|---|
Qraflıq (ABŞ) | ||
ing. Weston County | ||
Nyukaslda yerləşən Ueston qraflığının məhkəmə binası | ||
| ||
[[Fayl:Map of highlighting ing. Weston County.svg|200px|alt=Ueston qraflığının göstərildiyi Vayominq xəritəsi|Ueston qraflığının göstərildiyi Vayominq xəritəsi]] ABŞ-ın Vayominq ştatında yeri | ||
Vayominq ştatının ABŞ-da yeri | ||
Əsası qoyulub | 12 mart 1890 | |
Şərəfinə | Cefferson B. Ueston | |
Mərkəzi | Nyukasl | |
Ən böyük şəhəri | Nyukasl | |
Ərazisi | ||
• Ümumi | 2,400 kv. mil (6,216 km2) | |
• Quru | 2,398 kv. mil (6,211 km2) | |
• Su | 1.9 kv. mil (5 km2) | |
Əhali | ||
• (2010) | 7,208 | |
• Sıxlıq | 3.0/kv. mil (1.2/km2) | |
Saat qurşağı | UTC−07:00 | |
UTC−06:00 (yay vaxtı) | ||
Veb sayt | westongov.com |
Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur.[3]
Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır.[4] 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi.
1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.