Ufa beynəlxalq hava limanı (başq. Халыҡ-ара Өфө аэропорты) — Başqırdıstanın Ufa şəhərində yerləşən federal əhəmiyyətli beynəlxalq hava limanı[1]. 2012 — 2015-ci illərin nəticələrinə görə regionun ən iri sərnişin daşıyan hava limanıdır. Hava limanı keyfiyyət menecmentinin nəticələrinə əsasən ISO 9001:2008[2] standartı sertifikatına layiq görülmüşdür. Bu Rusiya ərazisində öz istehsal ISAGO (IATA Safety Audit for Ground Operations) qoruya bilmişdir
Ufa Beynəlxalq Hava Limanı | |
---|---|
54°33′27″ şm. e. 55°52′27″ ş. u. |
|
IATA: UFA – ICAO: UWUU | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Başqırdıstan |
Açılış tarixi | 1963 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hava limanının xidmətlərindən 40-dan çox Rusiya və xarici ölkələrin aviaşirkətləri istifadə edir. Hava limanı iki eniş-uçuş zolağına sahibdir. Ən əsası olaraq terminla daha yaxın olanı, uzunluğu 2,5 km olan zolaqdan istifadə edilir. İkinci zolaq isə 3,7 km uzunluğa malik olaraq beton örtüyünə sahibdir. Bu zolan 1980-ci illərdə inşa edilmişdir. Ehtiyat zolaq «Buran» kosmik aparatın və hazırda isə An-124 təyyarələrinim qəbulunu həyata keçirə bilir.
Daxili reyslər üçün terminal №1 istifadə edirdilər. Beynəlxalq reylslərdə 5 yanvar 2001-ci ildən terminal №2 istifadə edilirdi. 2007-ci ilin fevralından sonra (təmirdən sonra) yenidən açılmışdır. Hava limanı iki terminala sahibdir[3].
2014-cü ilin yazında beynəlxalq terminal təmirlə əlaqədar uçuşa bağlanmışdır. Beynəlxalq reylslər bu səbəbdən terminal №1 sağ qanadına köçürülmüşdür.[4] При этом старый международный терминал стал составной частью нового международного терминала, который был открыт весной 2015 года. Пропускная способность нового международного терминала увеличилась с 200 до 800 пассажиров в час.[5]
Hava limanı bütün tip hava gəmilərinin qəbulunu gerçəkləşdirə bilər. Bunlar arasında Boeing 747-400 və Boeing 777 belə vardır[6].
Burada 2013-cü ildən Boeing tipli təyyarələrin texniki xidməti gerçəkləşdirilir[7].
Hava limanında 243 yerlik otel, mağaza, kafe, bar, yeməkxana fəaliyyət göstərir. Hava limanı və şəhər mərkəzi ilə avtobus əlaqəsi yaradılır.
Hava limanı 2015-ci ildə Rusiyanın ən yaxşı hava limanı elan edilmişdir[8].
2016-cı ilin oktyabrında Ufa aeroportunun beynəlxalq terminal hissəsi tam təmir edilmiş yeni zolaq betonlaşdırılmışdır. Bundan sonra hava limanının imkanları 1,5 dəfə artmışdır. Üstəlik artıq limana Boeing 747, Boeing 777, Аn-124 «Ruslan», Airbus A330, Airbus А380 kimi təyyarələr heç bir çətinlik çəkmədən eniş edə bilirlər.
Ufa beynəlxalq hava limanı Başqırdıstan Respublikasının xüsusi mülkiyyətidir. Onun ümumi kapitalı 181 mln 94 min rubldur.
Hava limanının baş direktoru Aleksandr Vadimoviç Andreevdir.
2011-ci il məlumatına görə illik sərnişin dövrüyyəsi 1 mln 688 min. 570 nəfər[9] təşkil etmişdir. Həmin ildə yük dövriyyəsi isə 3 min. 770 ton, eniş-uçuş əməliyyatları isə 11 480[10] təşkil etmişdir.
2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
---|---|---|---|---|---|---|---|---|
1 mln. 300 | ↙ 1 mln. 180 | ↗ 1 mln. 460 | ↗ 1 mln. 690 | ↗ 1 mln. 920 | ↗ 2 mln. 218 | ↗ 2 mln. 380 | ↙ 2 mln. 310 | ↔ 2 mln. 300[11] |
Avtobuslar: 101, 101k, 110, 110s.