Vilyam Ostin Bört (William Austin Burt; 13 iyun 1792[1] – 18 avqust 1858[1], Detroyt, Miçiqan) — amerikalı ixtiraçı.
Vilyam Ostin Bört | |
---|---|
ing. William Austin Burt | |
Doğum tarixi | 13 iyun 1792[1] |
Vəfat tarixi | 18 avqust 1858[1] (66 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Ostin Bört 1792-ci il iyun ayının 13-də Amerikanın Massachusetts ştatının Worcester əyalətinin Petersham şəhərində anadan olmuşdur. 1699-cu ildə atalarının ABŞ-yə köç etmişdi. O, doqquz uşağın beşincisi idi. Onun atası Şotlandiyalı və İngilis soyundan idi. Zəif iqtisadiyyatdan ötəri ailə ferması 1802-ci ildə satılmış və ailəsi Freehold, Nyu-York şəhərinə köçmüşdü. 1803-cü ildə ailə Nyu-Yorkun Broadalbin şəhərinə köçdü.
1829-cu ildə amerikalı ixtiraçı Vilyam Ostin Bört (William Austin Burt) tərəfindən Müasir printerlərin prototipi olan İlk çap maşını yaradılmışdır. Bu maşınlar görmə qabiliyyətindən məhrum olan şəxslər üçün nəzərdə tutulmuşdu. Amerikalı ixtiraçı Vilyam Ostin Börtü "çap maşınının atası" adlandırırlar. Belə ki, 1829-cu ildə Bört ilk çap maşınını yaratdığına görə patent almışdır. O, işləmə qabiliyyətinə malik ilk gəmilərin dənizdə mövqeyini təyin etmək üçün nəzərdə tutulmuş günəş kompasını da kəşf etmişdir.