Vilyam Vayler (ing. William Wyler; 1 iyul 1902 – 27 iyul 1981) — ABŞ kino rejissoru, "Oskar" mükafatı (1942, 1946, 1959) laureatı.
Vilyam Uayler | |
---|---|
ing. William Wyler | |
Doğum adı | Vilyam Uayler |
Digər adı | Villi Veyler[1] (Wilhelm Weiller) |
Doğum tarixi | |
Doğum yeri | Almaniya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | ssenarist, film prodüseri, kino aktyoru, kinorejissor, aktyor, rejissor |
Fəaliyyət illəri | 1925–1970 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0943758 |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Vayler 1 iyul 1902-ci ildə isveçrəli yəhudi baqqalın ailəsində anadan olmuşdur. 1922-ci ildə o, skripka dərslərinə gedərkən, Parisdə təsadüfən "Universal Pictures" studiyasının əsasını qoymuş qohumu Karl Lemle ilə rastlaşır. Onun təklifi ilə 20 yaşlı Vayler ABŞ-yə yollanır.
1925-ci ildə ona qısametrajlı vestern filmə quruluş vermək tapşırılır. İkinci dünya müharibəsi zamanı ordu sıralarına mayor kimi daxil olur. Müharibə zamanı böyük bir risk edərək döyüşlərdə sənədli görüntülər çəkir. Müharibədən sonra isə Konstitusiyaya birinci düzəlişi müdafiə edən komitəyə rəhbərlik etmişdir.
Vilyam Vaylerin fikrincə, rejissor mizanları düzgün növbələməli və kadrların kompozisiyalarına xüsusi diqqət yetirməlidir. O, öz işinə çox aramla başlamışdı. Əvvəllər Vayler ən bəsit kadrları bir neçə dəfə lentə almaqdan belə çəkinmirdi. Getdikcə onun sorağı Hollivuda da çatdı.
"Oskar" mükafatının təqdimetməsi zamanı Vilyam Vayler rekord olaraq ən yaxşı rejissor işi nominasiyasında 12 dəfə namizəd olmuşdur. 1956-cı ildə onun ekranlaşdırdığı "Sülh yolları" filmi Beynəlxalq Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülmüşdür. Rejissor filmlərinin quruluşuna görə üç dəfə ("Missis Miniver", "Həyatımızın ən gözəl illəri", "Ben-Hur") "Oskar" mükafatı qazanıb.
Vilyam Vayler 1981-ci ilin iyulun 27-də ABŞ-də vəfat etmişdir.