Pankreatoduodenektomiya, Uippl proseduru (lat. Duodenopancreatectomia, ing. Whipple procedure) — Mədəaltı vəzin bir hissəsinin kəsilib gıtürülməsi məqsədilə icra olunan mürəkkəb cərrahi əməliyyatdır. Bu zaman mədəaltı vəzin bir hissəsi ilə birlikdə öd kisəsi, nazik bağırsağın bir hissəsi (əsasən onikibarmaq bağırsaq), mədənin pilorik hissə —çıxacaq hissəsi və ətraf limfa düyünləri də kəsilib götürülür. Əməliyyat onu ilk icra etmiş amerika cərrahı Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoner ailəsində doğulmuş Allen Uipplin şərəfinə "Uippel proseduru" adlandırılmışdır.
Pankreatoduodenektomiya | |
---|---|
| |
| |
XBT-9 | 52.7 |
MeSH | D016577 |
Vikianbarda əlaqəli mediafayllar |
Uippl proseduru adətən mədəaltı vəzi, mədə çıxacağının, onikibarmaq bağırsaq xərçəngində icra edilir. Bəzən bu əməliyyat mədəaltı vəzin xroniki iltihabında da tətbiq olunur.
Əməliyyat qarınüstü köndələn qüvsi kəsiklə və qarın boşluğu açılaraq icra edilir. İlk olaraq metastaz təhlükəsi olan orqanlar: qaraciyər, peritoneum təftiş edilir. Sonra piylik kisəsi lat. ligamentum gastrocolicum — mədə bağırsaq bağı ilə kəsişdiyi yerdən açılaraq mədəaltı vəzi əldə edilir. Onikibarmaq bağırsaq Kocher üsulu ilə mobilizə edilərək mədəaltı vəzin başının hərəkətliliyi yoxlanılır. Əgər hərəkətlilik məhduddursa ya şiş toxuması çöz arteriya və venasına sirayə etmişsə onda reseksiyanın mümkünsüzlüyünə qərar verilir, yalnız çöz arteriyası rezeksiya olunarak rekonstruksiya edilməkləəməliyyat sonayetmiş olur. Digər bir tərəfdən qaraciyər, peritoneum metastazlarının aşkar olunması əməliyyatın davam etdirilməsinə əks göstəriş hesab olunur. Bu hallardan başqa əməliyyat davam etdirilir. Ümumi qaraciyər arteriyası, öd axacağı turniketə alınır. Qapı venası da eyni zamanda dissektion liqaturaya götürülür. Ehtiyatla əvvəlcə mədəaltı vəzin yuxarı kənarı sonra isə başı küt şəkildə aşağı boş venadan soyularaq azad edilir. Bundan sonra mədəaltı vəzin başı ilə cismi arasına Overholt[de] sıxacı vasitəsilə tunel açaraq çəkici yüyən qoyulur. Qaraciyər və öd axacaqları bir birindən ayrılır. Öd kisəsi də ardıcılliqla kəsilib götürülür. Sonrakı etapda mədə çıxacağı kəsilib götürülür. Beləliklə onikibarmaq bağırsaq da mədədən ayrılmış olur. Yekunda isə mədəaltı vəzi çəkici yüyən qoyulmuş hissədən kəsilir. mədəaltı vəzin başı liqaturalarla qapı venasıdan və onikibarmaq bağırsaq isə nazik bağısaqdan mobilizə olunaraq kənarlaşdırılır. Kənarlaşdırılan rezektata onikibarmaq bağırsaq, mədəaltı vəzin başı, mədə çıxacağı, öd axacağı öd kisəsi aiddirlər. Həzm yolunu təzədən bərpa etmək məqsədilə nazik bağırsaq ilgəyi ilə mədənin rezeksiya olunmuş hissəsi arasında anastomoz — keçid, qastroentrostomiya qoylur. Kəsilmiş nazik bağırsağın proksimal ucu ilə mədəaltı vəzin qalan cismi və axacağı pankreayeyunostomiya vasitəsilə calanaraq, vəzin şirəsinin bağırsağa axması təmin dilir. Ümumi öd axacağın ucu isə nazik bağırsaq ilgəyinə tikilərək calanır və ödün sərbəst nazik bağırsağaaxması təmin edilir.