Ukrayna İnstitutu

Ukrayna İnstitutu — Ukrayna mədəniyyətini təbliğ və təmsil edən Ukraynanın dövlət qurumu. İnstitut Ukrayna Nazirlər Kabineti tərəfindən 2017-ci ildə qurulmuşdur[4]. İnstitut Ukrayna Xarici İşlər Nazirliyinin idarəetmə sferasına daxildir. Agentlik tam fəaliyyətinə 2018-ci ilin yayında Vladimir Şeykonun bura rəhbər seçilməsindən sonra başlamışdır.

Ukrayna İnstitutu
(УІ)
  • Український інститут
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Ukrayna Ukrayna
Yaradılma tarixi 21 iyun 2017(Ukrayna Nazirlər Kabinetinin qərarı ilə)[1]
6 dekabr 2017 (Ukrayna Xarici İşlər nazirinin Ukrayna İnstitutunun yaradılması və nizamnaməsinin təsdiqlənməsi haqqında qərarı)[2]
2018-ci ilin yayı (fəaliyyətin başlanması)
Tabelik Ukrayna Xarici İşlər Nazirliyi
Ştat sayı 35[3]
Baş qərargah Kiyev, 01021, İnstitut küçəsi, 20/8
50°26′44″ şm. e. 30°32′03″ ş. u.
Ünvan вул. Інститутська, 20/8
Rəhbərlik
Nazir Dmitri Kuleba
Baş direktor Vladimir Şeyko

Açar sənəd Ukrayna İnstitutunun sənədləri
Rəsmi saytı ui.org.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Funksiyaları[redaktə | mənbəni redaktə et]

Təşkilatın başlıca məqsədi mədəniyyət diplomatiyası vasitəsilə Ukraynanın beynəlxalq və daxili mövqeyinin gücləndirilməsidir[5].

Ukrayna İnstitutunun fəaliyyəti özündə kino, musiqi, təsviri incəsənət, ədəbiyyat, ifaçılıq sənəti, akademik layihələr və proqramlar, mədəni diplomatiyanın inkişafı və araşdırmalar sahələrini birləşdirir.

2019-cu ildə institut 85 layihə reallaşdırmışdır. Bu layihələrə Nyu-Yorkda keçirilən Ukrayna Müasir Musiqi Festivalı, Avstriya-Ukrayna 2019 mədəniyyət ili, ukrayna dilində audiobələdçilərin dünya muzeylərində istifadəyə verilməsi, konsertlər İKT ilə əlaqəli hadisələr və başqalarını misal göstərmək olar[6]

Məqsədləri[redaktə | mənbəni redaktə et]

  • Ukrayna dilininUkrayna mədəniyyətinin xaricdə təbliği, Ukraynanın dünyanın mədəni, elmi tədbirlərdə iştirakı;
  • Beynəlxalq mobilliyin və qarşılıqlı mübadilənin dəstəklənməsi, mədəniyyət, təhsil, elm sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsi;
  • Tədqiqat platforması.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Розпорядження КМУ «Про утворення державної установи „Український інститут"»". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  2. "Наказ про затвердження статуту державної установи «Український інститут»" (PDF). 2018-12-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  3. Команда Українського інституту
  4. Kitsoft. "Кабінет Міністрів України - Про утворення державної установи "Український інститут"". www.kmu.gov.ua (ua). 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.
  5. "Володимир Шейко: «Український інститут представлятиме інтереси і цінності сучасної української політичної нації»". LB.ua. 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.
  6. "Український інститут реалізував 85 проєктів в 11 країнах світу: чи може уряд економити на іміджі України". Радіо Свобода (ukrayna). 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.