Ukrayna Xarici İşlər Nazirliyi

Ukrayna Xarici İşlər Nazirliyi (ukr. Міністерство закордонних справ України) — Ukrayna hakimiyyətinin xarici əlaqələrini icra edən dövlət orqanı. Ukrayna Xarici İşlər Nazirliyinə, Ukraynanın prezidenti tərəfindən qanunla müəyyən edilmiş qaydada nazir təyin edilir. Nazir prezidentin konstitusiya səlahiyyətlərinə aid məsələlər üzrə Ukrayna prezidentinə hesabat verir.[1]

Ukrayna Xarici İşlər Nazirliyi
  • (ukr. Міністерство закордонних справ України)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Ukrayna
Yurisdiksiya Ukrayna
Yaradılma tarixi 12 noyabr 1917
İllik büdcəsi 4 499 019 900 Ukrayna qrivnası
Baş qərargah Kiyev
Rəhbərlik
Nazir Pavel Klimkin

Rəsmi saytı mfa.gov.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müstəqil bir dövlət olaraq Ukrayna, dövlətin adından xarici siyasət fəaliyyətlərini həyata keçirmək məcburiyyətində qaldı. Bu qurumun tarixi dərinliyi Boqdan XmelnitskiZaporojya Seçi tarixinə gedir. Əslində, dövlət quruluşu olaraq Ukraynanın Xarici İşlər Nazirliyi, XX əsrin əvvəllərindən - Rus inqilabının dövründən başlayır.

Ukrayna Xarici İşlər Nazirliyinin formalaşması, yeni, müstəqil dövlətin yaradılması və Ukrayna Mərkəzi Şurasının Birinci Universal Ukrayna Mərkəzi Şurası 10 iyun 1917-ci il tarixli elanına bağlıdır.

Qanunvericilik və icra hakimiyyəti orqanlarının formalaşması prossesi 16 iyul 1917-ci ildə İkinci Universal Mərkəzi Şura tərəfindən elan edilmişdir.

22 dekabr 1917-ci ildə, Ukrayna Xalq Partiyasının Baş Katibliyinin rəhbəri, Üçüncü Universal Mərkəzi Şurasını elan etdi. Vladimir Vinniçenko və etnik məsələlər üzrə baş katib Aleksandr Şulgin "Beynəlxalq əlaqələrin Baş katibliyinin formalaşması haqqında qanun layihəsi" imzaladılar. Layihə eyni gündə Ukrayna Xalq Respublikası hökumətinin iclasında təsdiq edildi.

12 yanvar 1918-ci ildə elan edilmiş Dördüncü Universal Ukrayna Mərkəzi Şura Ukraynanın xarici əlaqələrinin inkişafında əhəmiyyətli bir təkan verdi. Ukrayna Xalq Respublikası özünü müstəqil elan edir, Ukrayna heç kimdən asılı, müstəqil, azad, xalqının suveren hakimiyyətini davam etdirməyə başlayır.

Ukrayna Sovet Sosialist Respublikası

[redaktə | mənbəni redaktə et]

Müttəfiq rəhbərlik 1944-cü ilin fevral ayında USSR Xarici İşlər (Nazirliyi 1946-cı ildən) Respublika Komissarlığı qərarı yenidən hazırlandı.

Nazirlik Qərargahı

İcraçı siyahısı

Ukrayna Konstitusiyasına görə dövlətin ən yüksək xarici siyasət fəaliyyətini Ukrayna prezidenti həyata keçirir. O həmçinin beynəlxalq münasibətlər üzrə ölkəni təmsil edir, beynəlxalq müqavilələri müzakirə edir və yekunlaşdırır.[3]

Ukraynanın Səfirlik rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir.

Xarici İşlər Nazirliyi

[redaktə | mənbəni redaktə et]

Ukrayna Xarici İşlər Naziri - Hökumət üzvü, Ukraynanın Nazirlər Kabinetinə və Xarici İşlər Siyasətinə rəhbərlik edir. Nazir Ukraynanı ikitərəfli və çoxtərəfli danışıqlarda təmsil edir və beynəlxalq müqavilələr imzalayır.

ABŞ-nin 68-ci dövlət katibi Con Kerri ilə Ukraynanın Xarici İşlər Naziri Andrey Deşitsa

SSRİ dağıldıqdan sonra Ukraynanın Xarici İşlər Nazirləri

[redaktə | mənbəni redaktə et]
  1. "History of the MFA". Ministry of Foreign Affairs of Ukraine (Ukrainian). 2008-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-10.
  2. Співпраця України та ЮНЕСКО Arxivləşdirilib 2011-07-05 at the Wayback Machine
  3. Rada appoints Poroshenko Ukraine's foreign minister Arxivləşdirilib 2009-10-10 at the Wayback Machine (October 9, 2009)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]