Ukrayna Milli Qvardiyası (ukr. Національна гвардія України (НГУ); Rom: Natsionalna hvardiya Ukrayinı (NGU)) Ukraynanın hərbi jandarmeriyasıdır. Milli Qvardiya əvvəlcə ölkə müstəqillik əldə etdikdən sonra 1991-ci il noyabr ayının 4-də birbaşa Ali Şuranın tabeliyində olan bir orqan kimi yaradılmış, 2000-ci il yanvar ayının 11-dən etibarən isə Daxili Qoşunlarla birləşdirilmişdir. 2014-cü ildə baş vermiş olan Ləyaqət inqilabından sonra 13 mart 2014-cü ildə Daxili Qoşunları əvəz edərək yenidən yaradılmış və Daxili İşlər Nazirliyinə tabe edilmişdir.[2]
Ukrayna Milli Qvardiyası | |
---|---|
ukr. Національна гвардія України (НГУ); Rom: Natsionalna hvardiya Ukrayinı (NGU) | |
Növü | jandarmeriya/Milli Qvardiya |
Yaranma tarixi |
1991-2000 2014-müasir dövr |
Ölkə | |
Daxildir | Ukrayna Daxili İşlər Nazirliyi |
Sayı | 46.000 (2016)[1] |
Qərargah | |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | General-leytenant Mikola Balan |
ngu.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |