Ukraynanın Nüvə energetikası

Zaporojye AES

Ukraynanın nüvə enerjisi - Ukraynada energetikasının bir sahəsidir. Ukraynada 15 enerji bloku olan 4 atom elektrik stansiyası (AES) fəaliyyət göstərir, bunlardan biri ümumi quraşdırılmış gücü 6000 MVt olan 6 SSER (Su-Su Energetik Reaktoru) enerji blokluna malik Zaporojye AES-dir ki, bu da Avropada ən böyük AES sayılır. Energetik reaktorlarının sayına görə (hamısı SSER növünə aiddir) Ukrayna dünyada 10-cu, Avropada isə beşinci yerdədir.

2014-cü ilin yay-payız dövründə atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı uzun illərdən sonra, hərbi əməliyyatlar ilə əlaqədar olaraq və yanacaq çatışmazlığı (kömürün azalması) səbəbindən, yenidən ümumi istehsalın 50%-ni ötmüşdür. [1] ; 2017-ci ildə nüvə enerjisinin payı ölkədə ümumi elektrik enerjisi istehsalının 55%-ni təşkil etmiş, AES-lərin ümumi gücü 13107 MVt olmuşdur . Belə intensiv istismara baxmayaraq, Ukraynanın nüvə enerjisi sənayesi əvəzedici güclərin təcili tikintisinə ehtiyac duyur: 2021-ci ilə olan vəziyyətə əsasən Ukrayna AES-lərinin yalnız üç enerji bloku layihə istismar müddətindən kənara çıxmamıçdır. Qalanlarının istismar müddəti uzadılmışdır.

2006-cı ildə Ukrayna hökuməti 2030-cu ilə qədər 11 yeni enerji blokunun tikintisini planlaşdırırdı .

2015-ci ilin sentyabrında Ukrayna Rusiya ilə Xmelnitski AES-nın 3 və 4-cü enerji bloklarının tikintisinə dair razılaşmanı ləğv etmişdir; Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2010-cu il iyunun 9-da Kiyevdə imzalanmış müqaviləyə 2016-cı il mayın 12-də xitam verilmişdir.

2021-ci ilin avqustunda Energoatom və Amerikanın Westinghouse şirkəti arasında Ukraynada beş nüvə enerji blokunun tikintisinə dair anlaşma memorandumu imzalandı; sənəd təxminən 1,1 QVt elektrik gücünə malik AP1000 layihəsinin nüvə reaktorunun tikintisi üçün Amerika şirkətinin texnologiyalarının cəlb edilməsini nəzərdə tutur. [2] . Həmçinin Kiçik nüvə reaktorlarının tətbiqi də planlaşdırılır: Amerika kiçik modul reaktorlarının texnologiyası SMR-160[ing.] [3] [4] .

30 yanvar 2022-ci ildə Energoatom Ukrayna tarixində ilk dəfə olaraq bütün 15 nüvə enerji blokunu işə saldı .

Atom stansiyaları

[redaktə | mənbəni redaktə et]

Ukraynanın on iki enerji blokunu SSRİ-dən miras almış, daha üçü onun dağılmasından sonra - 1995 və 2004-cü illərdə işə salınmışdır. Ukraynada işləyən YGKR (yüksək güclü kanal tipli reaktor) reaktorları olan bütün enerji blokları Çernobıl Atom Elektrik Stansiyasının tərkibinə daxil idi. Çernobıl qəzası nəticəsində 4-cü enerji bloku dağılmış, qalanları isə 1991-2000-ci illər ərzində növbə ilə bağlanmışdır. Beləliklə, ölkədə qalan bütün reaktorlar SSER tiplidir (2 - SSER-440 və 13 - SSER-1000 ) .

Adı Enerji blokları Reaktorlar Gücü,

MVt
Tikintisinə başlanılıb İstismara verilib İstismarı başa çatıb Layihə istismar müddəti başa çatır İstismar müddəti uzadılıb Yanacaq istehsalçısı
Zaparojye AES 1 SSER-1000 1000 1980 1984 23.12.2015 23.12.2025 TVEL
2 SSER-1000 1000 1981 1985 19.02.2016 19.02.2025 TVELTVEL
3 SSER-1000 1000 1982 1986 05.03.2017 05.03.2027 TVELTVEL
4 SSER-1000 1000 1983 1987 04.04.2018 04.04.2028 TVELTVEL
5 SSER-1000 1000 1985 1989 27.05.2020 27.05.2030 TVELTVEL və Westinghouse
6 SSER-1000 1000 1986 1995 21.10.2026 TVELTVEL
Rovne AES 1 SSER-440 440 1973 1980 22.12.2010 22.12.2030 TVELTVEL
2 SSER-440 440 1973 1981 22.12.2011 22.12.2031 TVELTVEL
3 SSER-1000 1000 1980 1986 11.12.2017 11.12.2037 TVELTVEL
4 SSER-1000 1000 1986 2004 07.06.2035 07.06.2050 TVELTVEL
Xmelnitski AES 1 SSER-1000 1000 1981 1987 13.12.2018 13.12.2032 TVELTVEL
2 SSER-1000 1000 1985 2004 07.09.2035 07.09.2050 TVELTVEL
3 SSER-1000 1000 1986 Tikinti dondurulub
4 SSER-1000 1000 1987 Tikinti dondurulub
Cənubi Ukrayna AES 1 SSER-1000 1000 1977 1982 02.12.2013 02.12.2027 TVELTVEL
2 SSER-1000 1000 1979 1985 12.05.2015 31.12.2025 TVELTVEL
3 SSER-1000 1000 1985 1989 10.02.2020 10.02.2034 TVELTVEL və Westinghouse
4 SSER-1000 1000 1987 saxlanılıb
Çernobıl AES 1 YGKR-1000 1000 1970 1977 1996
2 YGKR-1000 1000 1973 1978 1991
3 YGKR-1000 1000 1976 1981 2000
4 YGKR-1000 1000 1979 1983 1986
5 YGKR-1000 1000 1981 ləğv edilib
6 YGKR-1000 1000 1981 ləğv edilib

373x373px|Xmelnizka AES 258x258px|Rivne AES

Nüvə yanacağı

[redaktə | mənbəni redaktə et]

2011-ci ilə qədər bütün nüvə yanacağı TVEL tərəfindən Rusiyadan tədarük edilirdi.

2008-ci ildə Ukrayna yanacaq tədarükünün şaxələndirilməsinə yönəldi, İngiltərə-Amerika şirkəti Westinghouse Electric Company ilə 2011-2015-ci illərdə VVER-1000 ilə Cənubi Ukrayna AES-in ən azı üç enerji blokunda Rusiya yanacağının mərhələli şəkildə dəyişdirilməsi üçün ən azı 630 yanacaqverən dəstinin (YVD) tədarükü üçün müqavilə imzaladı; 2011-ci ildə Westinghouse öz YVD-nı Ukraynaya tədarük etməyə başladı.

  • " Energoatom " Milli Nüvə Enerjisi İstehsal Şirkəti
  • Ukrayna Dövlət Nüvə Nəzarəti
  • Ukraynadakı elektrik stansiyalarının siyahısı