Ulama — 1997-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən okean suyunun altında aşkar edilmiş səs (uğultu).
Səs çox böyük olan aysberqlərin birqə yerləşdiyi yerlərdən gəlirdi.
Alimlər okeanın hər tərəfinə yayılan bu qəribə səsi ilk dəfə 1991-ci ildə aşkar etmişdilər. 1944-cü ildə də bu səslər eşidilmişdi. 1944-cü ildə aşkar edilən səslər sonradan yavaş-yavaş azalmağa başlamışdı. Səslər kifayət qədər uzun, dar dalğalı bir xüsusiyyət daşıyır. Səs dalğalarının hər biri təxminən bir neçə saniyə davam edir.
Səsin mənbəyi 50 °C 100°Q kordinatlarında təxmini (kobud) üçbucaqlara ayırıldı: 50 °C 100°Q (Cənubi Amerikanın cənubi ucluğunun cənubi Sakit Okean qərbində uzaq nöqtə) və səs Ekvatorial Sakit Okean muxtar silsiləsində hidrofon ilə bir neçə dəfə aşkar edildi.
Bu sistem müəyyən hadisəyə nəzarət etmək üçün istənilən okeanoqrafiya regionda açılına bilən muxtar silsiləsi kimi hidrofon istifadə edildi. Bundan əvvəl sualtı seysmikliyə nəzarət etmək üçün istifadə edilir, buz səsli və dəniz məməli canlılarını izləmək üçün istifadə edilir. Bu Sovet sualtı gəmilərini aşkar etmək mənşəcə işləyib hazırlanan təchizat olan ABŞ Dəniz Səs Müşahidə Sisteminin istifadəsi artırmaq üçün ABŞ Milli Okean və Atmosfer Administrasiyası Sakit okean Dəniz Ekoloji Laboratoriyası tərəfindən işləyib hazırlanan və tikilən avtonom sistemdir.
Milli Okean və Atmosfer Administrasiyası yoxlamaları zamanı 5 000 kmdən çox (3106.86 mil) dərinlikdə yüksək ampulidudaya malik səslər eşidildi.Milli Okean və Atmosfer Administrasiyası əməkdaşı doktor Kristofer Foks bir neçə səslərlə(bomba,sualtı gəmi,vulkan,zəlzələ və s.)uyğunlaşdırsada bir nəticəsi olmadı.Əsas oxşarlıq mavi kitin(göy zolaqlı balina) ulamasına oxşarlığı olsada həmin bu uğultunun çox böyük ampilitudada səsləndiyin aşkar etdi.