Ulf Svante von Euler (isv. Ulf Svante von Euler; 7 fevral 1905[1][2][…], Stokholm[5] – 9 mart 1983[1][3][…], Stokholm[5]) — İsveç fizioloqu və farmakoloqu, 1970-ci ildə "sinir uclarında humoral ötürücülər və onların saxlanması, buraxılması və inaktivasiyası mexanizmləri ilə bağlı kəşflərinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülmüşdür. Eyler prostaqlandin və noradrenalini kəşf etmişdir.
Ulf fon Eyler | |
---|---|
isv. Ulf Svante von Euler | |
Doğum tarixi | 7 fevral 1905[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1983[1][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Atası | Hans fon Eyler-Helpin[5] |
Elm sahəsi | fiziologiya |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1965-1975-ci illərdə - Nobel Fondunun sədri, 1965-1971-ci illərdə - International Union of Physiological Sciences[en] vitse-prezidenti olmuşdur. İsveç Krallığı və Danimarka Elmlər Akademiyasının, Leopoldina və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (1973). Edinburq və Madrid Universitetlərinin fəxri doktoru olmuşdur.
Ulf fon Eyler İsveç Kral Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının xarici üzvü Hans fon Eyler-Helpinin oğlu idi. O, həm də böyük riyaziyyatçı Leonard Eylerin nəslindəndir.