Ulmus densa

Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü.

Ulmus minor subsp. minor
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ulmus minor subsp. minor

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Şimali İranda və Qafqazda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır. Mart-aprel aylarında çiçəkləyir. Qoza meyvəsi fındıqvari, çanaqcığı keçəvari tükcüklü, üsküyəbənzər olub, uzunluğu 0,5–1 sm-ə çatır, saplaqlar üzərində yerləşir. Meyvələri avqust-sentyabr aylarında yetişir.

Qurağlığa davamlı, torpağa az tələbkar bitkidir. İşıq və istisevən, duza, yanğına davamlıdır. Çoxlu növ müxtəlifliyi vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın cənubunda, Naxçıvan MR-da, Zəngilan və Qubadlı rayonları ərazisində dəniz səviyyəsindən 500–1100 m yüksəklikdə bitir. Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.

Quru dağ yamaclarının bərkidilməsində mühüm əhəmiyyət kəsb edir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]